Sonuncu imperator
"Sonuncu imperator (ing. The Last Emperor) — Ssenari müəllifləri Mark Peploe və Bernardo Bertoluççi olan, Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən 1987-ci il istehsalı olan bioqrafik, tarixi dram filmidir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbsə atılması və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur.
Sonuncu imperator | |
---|---|
The Last Emperor | |
Janr | Tarixi Dram (janr) |
Əsas mövzu | Puyi[d][1] |
Rejissor | Bernardo Bertoluççi |
Prodüser | Ceremi Tomas |
Ssenari müəllifləri |
Mark Peploe Bernardo Bertoluççi |
Baş rollarda |
Piter O'Tul Coen cen Con Loun |
Operator | Vittorio Storaro |
Bəstəkarlar |
Ruyuti Sakamoto David Burne Song Su |
Quruluşçu rəssam | Ferdinando Skarfyotti[d] |
İstehsalçı | Yanco Films Limited |
Distribütor | Columbia Pictures |
İlk baxış tarixi | 20 noyabr 1987[2], 3 dekabr 1987[3], 29 oktyabr 1987[4], 4 oktyabr 1987[5], 25 noyabr 1987[5], 1987 |
Müddət | 156 dəq. |
Büdcə | $23.8 million |
Gəlir | 44.000.000 $ |
Ölkələr |
Birləşmiş Krallıq İtaliya ÇXR Fransa |
Dil | ingilis dili[6] |
İl | 1987 |
Rəng | rəngli |
Çəkiliş yeri | Pekin |
IMDb | ID0093389 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir.[7] Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarıda daxil olmaqla doqquz Oskar mükafatı qalibi olmuşdur.[8]
Süjet
Filmdə hadisələr 1950-ci ildə Çinin sonuncu imperatoru Pu İnin türməyə gətirilməsi ilə başlayır. 1945-ci ildə Çinə daxil olan Qırmızı ordu tərəfindən əsir götürülərək 5 il ərzində sovet əsgərlərinin dustağı olan kecmiş imperator hərbi cinəyatkar və siyasi dustaq kimi həbsxanaya təcrid olunur. Həbsxanaya gətirilərkən kecmiş imperatoru vağzalda bir necə insan tanıyır və önündə baş əyir. Pu İn həbsxanya gələn kimi ayaqyolunda damarını kəsərək intihara cəhd edir. Xəyallar onu kecmişə iki yaşı olarkən 1908-ci ildə anasından alınaraq saraya ölüm ayağında olan nənəsi İmperatriça Cısinin önünə gətirildiyi vaxta aparır. Cısi özündən sonra taxt-tacın varisi kimi Pu İni elan edir. Tac qoyma mərasimindən sonra yeni mühitdən qorxan Pu İn dəfələrlə evə qayıtmaq istədiyini bildirir. Burada onun yeganə əsl dostu süd anası Modur. Türmə rəisinin səyi nəticəsində imperatorun həyatı qurtarılır və 981 nömrəli məhbus kameraya yerləşdirlir. Kamerada imperator balaca qardaşı Pu Cze ilə qarşılaşır. Hadisələr yenidən kemişə qayıdır və qəhrəmanlar yasaq şəhərdəki uşaqlıq xatirələrin yada salırlar.
Rollarda
Ad | Rol |
---|---|
Con Lone | Pu İn |
Con Şen | Vanrong |
Piter O'Tul | Rejinald Jonston |
Ying Ruocheng | Türmənin rəisi |
Viktor Vong | Chen Baochen |
Dennis Dun | Big Li |
Ruyuci Sakamato | Amakasu Masahiko |
Maggi Han | Yoshiko Kasashima |
Rik Yanq | Gənc müstəntiq |
Vivian Vu | Ven Su |
Fan Quan | Pu Cze |
Ceyd Gou | Ar Mo |
Lisa Lu | İmperatriça Cısi |
Bezil Pao | 2-ci Can şahzadəsi |
Həmçinin bax
ÇXR filmlərinin siyahısı
İtaliya filmlərinin siyahısı
Böyük Britaniya filmlərinin siyahısı
Fransa filmlərinin siyahısı
ABŞ filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə (azərbaycan dilində)
- europeanfilmawards.eu.
- http://www.boxofficemojo.com/movies/?id=lastemperor.htm.
- http://www.sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=7493&type=MOVIE&iv=Basic.
- IMDb (ing.). 1990.
- IMDb (ing.). 1990.
- The Last Emperor (ing.). 1987.
- Love And Respect, Hollywood-Style Arxivləşdirilib 2020-04-26 at the Wayback Machine, an April 1988 article by Richard Corliss in Time
- "The 60th Academy Awards (1988) Nominees and Winners". oscars.org. 2014-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-31.