Sonninq mükafatı
Sonninq mükafatı (dan. Sonningprisen) — Avropa mədəniyyətinə fövqalədə töhfələr verən elm, mədəniyyət və ədəbiyyat xadimlərinə verilən mükafat. Sonninq mükafatı Danimarkalı yazıçı Karl Sonninqin şərəfinə hər iki ildən bir verilir. Kopenhagen Universitetinin rektorluğu tərəfindən seçilmiş nümayəndə heyəti mükafata namizəd olan şəxslər arasında seçim aparır və aparılan seçim nəticəsində qalib şəxsə 135.000 avro mükafat verilir. Mükafatlandırma mərasimi Karl Sonninqin doğum tarixi olan 19 apreldə Kopenhagen Universitetinin akt zalında təqdim olunur.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.