Sonderkraftfahrzeug
Sonderkraftfahrzeug (qısaldılmışı Sd. Kfz.) Almanca xüsusi məqsədlər üçün yaradılmış texnika mənasına gəlirdi. (ya da Xüsusi Ordu Texnikası). Bu texnikalar sadəcə olaraq Nasist Almaniyası ordusu olan Wehrmacht tərəfindən II. Dünya Müharibəsi sırasında istifadə edilmişdir. Ümumi olaraq zirehli müharibə texnikası kateqoriyasına daxil olardılar. Məsələn: Panzer I tanklarının Nasist Almaniyası ordusunun qeydlərindəki adı Sd. Kfz.101-dir.
Sd. Kfz-nin nömrələmə sistemi
Kütləvi istehsalı ilə bağlı qəti şəkildə qəbul edilmiş olan qərarlar yoxdur. Məsələn: Panzer II tankları bir kəşfiyyat texnikası olaraq dizayn edilmiş və adlandırılmış, ancaq 200-dən artıq seriyada istehsal edilsə də, cəmi 100 seriyada yerləşdirilmişdir. Ümumi olaraq götürdükdə bu texnikalar aşağıdakı kateqoriyalar üzrə təsnifatlandırılmışlardır:
- Sd. Kfz. 1-dən 99-dək: Zirehsiz yarı paletli texnikalar
- Sd. Kfz. 100-dən 199-dək: Tanklar, tank məhv edənlər və özüyeriyən artilleriya sistemləri
- Sd. Kfz. 200-dən 299-dək: Kəşfiyyat maşınları, zirehli maşınlar, zirehli personal daşıyıcılar və komandanlıq tankları
- Sd. Kfz. 300 və yuxarı: Mina təmizləmə vasitələri və hərbi yükdaşıma nəqliyyatı vasitələri