Sonay

Sonay — Azərbaycan folklorunda yazın son aylı gecələridir.

Azərbaycan mifik düşüncəsində Günəş və Ay əbədi aşiqdir. Onlar heç vaxt bir-birlərinə qovuşmurlar. Sonay payız gecə-gündüz bərabərliyi zamanı baş verir. Beləliklə, Sonayın bütöv ayı çıxanda günəş batır. Bu əbədi aşiqlərin bir neçə dəqiqə ərzində üz üzə görüşə biləcəyi vaxtdır. O gecə Sonayın görünüşü sevgi ilə dolu hesab edilir.

Əsli və Kərəmin sevgi hekayəsi əslində Sonayın sevgisinin təkrarıdır. Bu iki aşiq bir-birini axtarır. Bir az bir-birlərin görüb yenə itirirlər. Evləndiklərində, bu qədər sınaqlardan və əzablardan sonra bir-birlərinə çatdıqları toy gecəsi odda yanırlar (sanki günəş yanır).

Sonay gecələrində gənclər toplanmağa çağırış olaraq əllərini ağızlarına vuraraq AVAVA səsi çıxarır. Sonra toplanır və ay işığı altında oynayırlar. Oynanılan oyunlar Mallaharay və Bənövşə Bəndə Düşəfit.

Sonaydan sonra Novruz (yeni il və baharın başlanğıcı) bayramına qədər sevgi təklifləri, nişanlar və toylar baş verir.

İstinadlar

  • Dilmac Journal (34) special issue (2007), Tehran
  • Avava, Naser Manzuri, 2005
  • Qaraçuxa, Naser Manzuri, 1994
  • Scrutiny over Naser Manzuri's AVAVA Novel, Masters Thesis, (Nasır Menzuri’nin AVAVA ROMANI ÜZERİNE BİR İNCELEME), Sedef Ahenpençe, yüksek lisans tezi, CELAL BAYAR ÜNİ. SOSYAL BİLİMLER ENS. YENİ TÜRK EDEBİYATI ANABİLİM DALI, 2010
  • http://ayindushun.blogspot.com/2011/10/sonay-bdi-tikrarlanan-sevgi-gunu.html
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.