Sonasar

SonasarAzərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd.[1]

Sonasar
39°41′55″ şm. e. 46°24′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Sonasar xəritədə
Sonasar
Sonasar

Tarixi

Sonasar kəndi Qarabağ yaylasındadır. XIX əsrdə Hocaz kəndinı məxsus binə yeri olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskən salmışlar. Tədqiqatçiların fikrincə, Sonasar oykonimi Sona ( yaşılbaş) və sar (“yırtıcı quş”) sözlərindən ibarətdir.[2]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

Təhsil

Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı[3] ilə Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır[4].

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Sonasar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı. president.az  (az.)
  4. "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine. president.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.