Sonalar
Sonalar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Sonalar | |
---|---|
40°39′ şm. e. 45°23′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Sonalar oyk. Gədəbəy r-nunun Hacılar i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli məlumata görə, Tovuz r-nundakı Bozalqanlı kəndindən gəlmiş Süleyman və onun arvadı Sona salmışdır. Kəndin adı ərinin ölümündən sonra el arasında nüfuzlu xalq təbibi kimi tanınan Sonanın adı ilə bağlıdır. Oykonim “sonagillər” mənasındadır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 305 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.