Sona Tağıyeva

Sona Hənifə qızı Tağıyeva (3 yanvar 1916, Bakı3 aprel 2004) — Azərbaycanın "Əməkdar müəllimi" (1960), "Lenin ordeni", "Oktyabr İnqilabı", "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni (1995) laureatı.

Sona Tağıyeva
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1916(1916-01-03)
Doğum yeri
Vəfat tarixi 3 aprel 2004(2004-04-03) (88 yaşında)

Təltifləri "Şöhrət" ordeni"Lenin" ordeni"Qırmızı əmək bayrağı" ordeni"Qırmızı əmək bayrağı" ordeni "Oktyabr inqilabı" ordeni

Həyatı

Sona Tağıyeva 1916-cı il yanvarın 3-də Bakı şəhərində anadan olmuşdur.[1] O, yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirmişdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olan Sona Tağıyeva daha sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1940-cı ildə ali təhsilini başa vuran və pedaqoji fəaliyyətə başlayan Sona xanım müəllim, dərs hissə müdiri olmuş, 1942–1945-ci illərdə isə rayon xalq maarifi şöbəsinin müdiri işləmişdir. Sona Tağıyeva 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilmiş, nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışmışdır.

O, 1960-cı ildə respublikanın əməkdar müəllimi adına layiq görülmüş, bir sıra orden və medallarla, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir.[2] 2002-ci ildən prezident təqaüdçüsü olub.[3]

İstinadlar

Xarici keçidlər

  1. | Ziyad Səmədzadə İLAHİ MƏHƏBBƏT SAHİBİ
  2. Sona Tağıyevanın məktəbi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.