Sona Salmanova

Sona Sadıx qızı Salmanova (12 may 1956, Qursalı, Hamamlı rayonu) — "Əməkdar hüquqşünas", Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini.

Sona Salmanova
Vəzifədədir
16 dekabr 2005-ciildən
SədrFərhad Abdullayev
Vəzifədədir
14 iyul 1998-ciildən
ƏvvəlkiVəzifə təsis edildi.
1991 1998
ƏvvəlkiVəzifə təsis edildi.
1983 1991
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1956(1956-05-12) (67 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı  — 2006"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2023

Həyatı

Sona Salmanova 12 may 1956-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda (Pəmbək mahalı) anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirmişdir, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olmuşdur.

1983–1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə "Əməkdar hüquqşünas" adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2023-cü il tarixli sərəncamı ilə Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Ailəlidir, iki övladı var.

İstinadlar

    Mənbə

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.