Sona Qasımova
Qasımova Sona Əhməd qızı (16 fevral 1912, Maykop, Kuban vilayəti[d] – 18 yanvar 1977, Bakı) — Azərbaycanın ilk qadın idmançılarından biri, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), respublika dərəcəli hakim (1950).
Sona Qasımova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Maykop |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | atlet |
Həyatı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1953). 1934-cü ildə keçirilmiş Zaqatala-Bakı piyada yürüşündə iştirak etmiş, 1937-ci ildə qumbara tullamaq üzrə Azərbaycanın qadın idmançıları arasında ilk dəfə Zaqafqaziya rekordçusu adını qazanmışdır. Azərbaycan LKGİ Zaqatala RK-nın birinci katibi olmuş (1943), 1941–1944 illərdə döyüşçülərin ümumi icbari təhsil sistemində qumbara tullamaq üzrə təlimatçı kimi fəaliyyət göstərmiş, 1944-cü ildən bədən tərbiyəsi təşkilatlarında, 1958-ci ildən AHİŞ-də məsul vəzifələrdə çalışmışdır[1].
İstinadlar
- "QASIMOVA Sona Əhməd qızı". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.