Sona Mirzəyeva
Sona Qədir qızı Mirzəyeva (6 iyul 1950, Bakı – 27 avqust 1985, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1984).[mənbə göstərin]
Sona Mirzəyeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Teatr | Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
Mükafatları |
Həyatı
1950-ci il iyul ayının 6-da Bakı şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" şöbəsinə daxil olmuşdur. İnstitutda oxuyan zaman tələbə aktrisa kimi dolğun, məzmunlu rolları ilə nəzəri cəlb etmişdir. Sonanın kurs rəhbəri, Azərbaycan SSR xalq artisti, Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Tofiq Kazımov onun istedadını görmüş və Azərbaycan Dövlət Akademik Teatrına işə dəvət etmişdir. Sona Mirzəyeva orada Ə. Haqverdiyevin "Pəri cadu" əsərində baş rolu — Pəri obrazını oynamışdır. Sonanın ciddi yaradıcılığ səyi nəticəsində Pərini xarakter səviyyəsinə yüksəldə bilmişdir.
1972-ci ildə Cəfər Cabbarlı adına kinostudiyanın çəkdiyi "Xatirələr sahili" filmində gənc analardan birinin rolunu oynayıb.
Ailəyə bağlılıq hissi sonradan Sonanı C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına çəkib gətirmişdir. Həyat yoldaşı Vəli Babayev Naxçıvan teatrında rejissor işləyirdi. Sonanın Naxçıvana bağlılığı da bundan irəli gəlirdi.
Beləliklə Sona Mirzəyeva 1977-ci ildən öz taleyini Naxçıvan teatrına bağlamışdır. O, bu sənət ocağında kəskin surətdə bir-birindən fərqlənən klassik və müasir səpkili obrazlarla yanaşı, lirik psixoloji obrazları da yaratmış, geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdır. Bu teatrın səhnəsində Ə. Əylislinin “Quşu uçan budaqlar”, Həmid Arzulunun “Əlincə qalası”, Orxan Kamalın “Yad qızı”, Tufan Oflazoğlunun “Dəli İbrahim”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Hüseyn Cavidin “Şeyx Sənan”, H. Orucovun “Məni qınamayın” tamaşalarında Səltənət, Gilan ana, Nazan, Kəsəm Sultan, Zəhrabəyim, Zəhra, Nərgiz kimi qəribə taleli, narahat hisslərlə yaşyan psixoloji obrazlar yaratmışdır.
Sona Mirzəyeva 15 noyabr 1984-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdü. Aktrisa 1985-ci il avqustun 27-də 35 yaşında Bakı şəhərində vəfat edib.