Sona Aslanova

Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956).

Sona Aslanova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat səbəbi xəstəlik
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
ABŞ ABŞ
Fəaliyyəti opera müğənnisi, musiqi pedaqoqu[d], aktrisa
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
"Şərəf nişanı" ordeni  — 1959
IMDb ID3383618

Həyatı

Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır.

Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür. 2008-ci ildə iflic olduqdan sonra isə səsini itirir. 2011-ci ildə 87 yaşlı Sona Aslanova Los-Ancelesda vəfat edir. ABŞ-də dəfn xərcləri çox baha olduğundan cənazəsinin yandırılmasını vəsiyyət edir. Ölümündən sonra isə cənazəsi vəsiyyətinə uyğun olaraq yandırılır.

Üzeyir Hacıbəyov onu "səsi ürəkləri fəth edən qadın" deyə tanıdıb.

Mükafatları

Filmoqrafiya

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.