Sona Əhmədli

Sona Əhmədli (5 oktyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi, 2010-cu il Avropa Çempionatının qalibi.[2]

Sona Əhmədli
Şəxsi məlumatlar
Tam adı Sona Yadulla qızı Əhmədli
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Bakı,[1] Azərbaycan SSR
Boyu 165 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2000—2012
Məşqçisi Arif Fərmanov
Komandası Atasport İdman Klubu

Karyerası

2007-ci ildə Serbiyada yeniyetmələr arasında Avropa Çempionatını 5-ci pillədə, Çində yeniyetmələr arasında Dünya Çempionatını isə 10-cu pillədə başa vuran Sona Əhmədli, ilin əsas turniri hesab olunan Dünya Çempionatında 18-ci pillədə qərarlaşdı.[2]

2008-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirində beşinci pillənin sahibi olan Sona Əhmədli, Koşitse şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu.[2]

Daha sonra Sona Əhmədli 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) baş tutan Avropa Çempionatını 16-cı pillədə başa vurdu.[2] İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Sona Əhmədli, sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alyona Filipavaya 2:1, 1/4 final mərhələsində İtaliya nümayəndəsi Valentina Minguzziya 2:0, 1/2 final mərhələsində isə ABŞ nümayəndəsi Tatyana Suareza 2:0 hesabları ilə qalib gələn Sona Əhmədli, final görüşündə Yaponiya nümayəndəsi Saori Yoşidaya 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.[2] Sona Əhmədli Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.[2]

2010-cu ilin aprelində isə Sona Əhmədli Avropa Çempionatında mübarizə apardı.[2] Turnirin 1/4 final mərhələsində Norveç nümayəndəsi Qudrun Hoyena, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Məryəm Selluma qalib gələn Sona Əhmədli, final görüşündə Bolqarıstan nümayəndəsi Taybe Yuseyna qalib gəldi və Avropa Çempionatının qalibi oldu.[2] Bununla da Sona Əhmədli Avropa Çempionatlarının qalibi olan birinci azərbaycanlı qadın güləşçi oldu. Mövsüm ərzində Sona Əhmədli həm də Avstriyada Austrian Ladies Open və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini beşinci pillələrdə başa vurdu.[2] Bir il sonra, 2011-ci ildə isə Sona Əhmədli İstanbul şəhərində Dünya Çempionatını bürünc medalla başa vurdu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə qalibi oldu.[2]

2012-ci ildə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatının bürünc medalına sahib olan Sona Əhmədli həmin il dizindən ciddi zədə aldı və əməliyyat olundu.[2] Amma bu, fayda vermədi və tam tərsi, problemli dizinə su yığılmağa başladı.[2] Müayinədən sonra Sona Əhmədlinin əhəmiyyatının uğursuz olduğu müəyyən olundu.[2] Bundan sonra Sona Əhmədli 24 yaşında idmanla vidalaşmalı oldu.[2]

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2007
Gənclərin Avropa Çempionatı Serbiya Serbiya
5.
2
Gənclərin Dünya Çempionatı Çin Çin
10.
3
Dünya Çempionatı Azərbaycan Azərbaycan
18.
4
2008
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
5.
5
Gənclərin Avropa Çempionatı Slovakiya Slovakiya
2.
6
Gənclərin Dünya Çempionatı Türkiyə Türkiyə
8.
7
2009
Avropa Çempionatı Litva Litva
16.
8
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
9
Dünya Çempionatı Danimarka Danimarka
2.
10
2010
Avropa Çempionatı Azərbaycan Azərbaycan
1.
11
Austrian Ladies Open Avstriya Avstriya
5.
12
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
5.
13
Dünya Çempionatı Rusiya Rusiya
12.
14
2011
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
15
Dünya Çempionatı Türkiyə Türkiyə
3.
16
2012
Avropa Çempionatı Serbiya Serbiya
3.

İstinadlar

  1. Azərbaycan Milli Kitabxanası. "Sona Əhmədli: "Avropada ən güclü özüməm"". www.anl.az ( (az.)). 22.08.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. International Wrestling Database. "SONA AHMADLI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.