Son nəfəsədək (film, 2018)
Son nəfəsədək — Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran bədii film[1].
Son nəfəsədək | |
---|---|
Rejissor | Elnur Əliyev |
Prodüser | Nurəddin Aslanov |
Ssenari müəllifi | Nurəddin Aslanov |
Baş rollarda |
İlqar Cahangir Eldar Bağırbəyov Novruz Cəfərov Məhərrəm Qurbanov Rövşən Kərimduxt İlqar Musayev Vüqar Vəlixanov Elşən Rüstəmov Ülviyyə Rza Elçin Əfəndi Namis Şirməmmədov |
Bəstəkar | Yaşar Baxış |
Rəssam | Mehriban Əfəndi |
Müddət | 100 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan |
Məzmun
Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Filmin ssenaristi və Baş prodüseri Nurəddin Aslanov şahidi olduğu real hadisələri lentə alıb. Onun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir[1].
Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. 100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib.
Sujet xətti
1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə (Eldar Bağırbəyov) üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır.
Rollarda
Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov, Novruz Cəfərov, Vaqif Kərimov və başqaları çəkiliblər. Beynəlxalq kino festivallarına təqdimatı nəzərdə tutulmuşdur[1].
Haqqında yazılanlar
Nurəddin Aslanov film haqqında:
"Bu film bütün Qarabağın işğalına yol açmış hadisələrdən bəhs edir. Mən bu filmin ssenarisini real hadisələr əsasında qələmə almışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini öz gözlərimlə görmüşəm... Əslində bu film mənim ilk işimdir. Çox ağır, əziyyətli yollar keçdik. Bildiyiniz kimi əksəriyyət bu janrda film çəkməyə risk etmir. Çünki həmin filmin nə qədər uğur qazanacağını əvvəldən bilmək olmur. Bu tip filmlər gəlir gətirən filmlər deyil. Lakin buna baxmayaraq bunun kommersiya tərəfini düşünmürəm. İstəyirəm ki, bu film gənc nəslin yaddaşlarında silinməkdə olan tariximizi canlandıraq, həmin ağrılı-acılı günlərimizi heç vaxt unutmayaq. Yoxsa şəhidlərimizin ruhu bizi bağışlamaz".[2]
İstinadlar
- "Gizli qalan Qarabağ həqiqətləri üzə çıxır – "Son nəfəsədək"" (az.). interaztv.com. 2019-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-17.
- "Qarabağ həqiqətlərindən bəhs edən "Son Nəfəsədək" trillerinin təqdimatı" (az.). musavat.com. Archived from the original on 2019-04-26. İstifadə tarixi: 2019-04-17.
Xarici keçidlər
- İzlə
- SON NƏFƏSƏDƏK — Trailer
- Son Nəfəsədək filmi anons
- Qarabağın işğalına yol açmış hadisələrdən bəhs edən film Arxivləşdirilib 2019-05-01 at the Wayback Machine
- Gizli qalan Qarabağ həqiqətləri üzə çıxır — "Son nəfəsədək"
- SON NƏFƏSƏDƏK — SƏNİN İSTƏDİYİN FİLM (İCMAL)
- SON NƏFƏSƏDƏK — Premyera
- “Son nəfəsədək” təqdim edildi — Kəpəz TV
- SON NƏFƏSƏDƏK və QARANLIQ filmi — KINOBAZ #53 #kinobaz