Son hədd
Son hədd (ing. The Edge) — 1997-ci ildə Li Tamahorinin rejissoruluğu ilə çəkilmiş, Entoni Hopkins və Alek Bolduinin baş rollarda oynadığı ABŞ filmi. Filmin süjetini varlı iş adamı Çarlz Mors (Hopkins), fotoqraf Bob Qrin (Bolduin) və köməkçisi Stiven (Harold Perrino) ilə əlaqədardır, onlar təyyarələri Alyaskanın meşələrində yerə çırpılaraq məhv olduqdan sonra sağ qalmaq üçün çalışırlar. Onların meşədə adamyeyən kadyak ayısı tərəfindən təqib olunmaları sağ qalmaq şansları daha da azaldır. Bir neçə Hollivud filmində rol alması ilə tanınan, təlim keçmiş Kodyak ayısı Bart bu filmdə son rollarından birində çəkilmişdir və qaniçən vəhşi obrazındadır.
Son hədd | |
---|---|
ing. The Edge | |
Janr | macəra filmi[1][2], döyüş filmi, dram filmi, triller filmi |
Əsas mövzu | aviasiya |
Baş rollarda | |
Bəstəkar | |
Distribütor | 20th Century Fox, Netflix |
İlk baxış tarixi | 26 sentyabr 1997, 16 aprel 1998[4] |
Müddət | 113 dəq. |
Gəlir | 43.312.294 $[5], 27.873.386 $[5] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Alberta, Britaniya Kolumbiyası, Edmonton |
IMDb | ID0119051 |
Məzmun
Yaşlı milyarder Çarlz Mors gözəl gənc model həyat yoldaşı Mikki ilə Alyaskaya səyahət edir, burada peşəkar fotoqraf Bob Qrin gözəl şəkillər çəkməyə ümid edir. Mikki ilə poza verməli olan adam xəstələndiyindən Bob Çarlzı qaldıqları evdə fotoşəkilini gördüyü bir hind ovçusunun yaşadığı gölə uçmağa inandırır və onun üçün fotosessiyanın mükəmməl olacağı qərarına gəlir.
Uçuş zamanı təyyarə quşlarla toqquşur və gölə düşür. Pilot həlak olsa da, Çarlz, Bob və onun köməkçisi Stiven xilas olmağı bacardı. İndi əlaqə kəsilib, hava getdikcə soyuyur, xilas olma şansı azdır. Sivilizasiyadan uzaqda necə yaşamaq olar?
Fövqəladə yaddaşa və erudisiyaya malik Çarlz Mors bir gün əvvəl elə bu mövzuda kitab oxuyurdu. Onun biliyi, cəsarəti və özünü idarə etməsi yoldaşlarını həyatları uğrunda mübarizəyə məcbur edirdi. Bununla belə, onların daha bir böyük problemi var: nəhəng insan yeyən qonur ayı onları amansızcasına izləyir, Stiven isə ağacdan nizə düzəldərkən ayağını bıçaqla dərindən yaralayıb. Yağışlı bir gecədə ayı qan iyini hiss edib onları tapır və Stiveni öldürür.
Hava getdikcə soyuyur, Mors və Bobun gücü tükənir. Mors cib saatındakı qızıl zəncirlə balıq tutmağı təklif edir və o, demək olar ki, uğur qazanır, lakin sonra yenə onları izləyən ayının hücumuna məruz qalır. Mors hindlilərdən nümunə götürərək vəhşi üçün tələ qurur, baxmayaraq ki, Bob bu təşəbbüsün uğuruna inanmır. İnadkar mübarizədə Çarlz ayını ağac nizə ilə öldürür. Beləcə, isti paltar və bir müddət yemək məsələsi həll olundu.
Daha sonra onlar tərk edilmiş bir ovçu evinə rast gəlirlər, orada qayıq, tüfəng, patronlar, qablar və xəritə tapırlar. Mors çay boyunca bir az da üzməyi təklif edir, lakin xilas olma çox çəkmir. O zaman məlum olur ki, Bob Çarlzın arvadının sevgilisi olub və onu öldürməyi planlaşdırıb. Artıq tətiyi çəkməyə hazır olan Bob tələ çuxuruna düşür. Çarlz yaralı Bobu çıxarır və ilk tibbi yardım göstərir. Sonra qayıqla çaydan aşağı üzürlər. Onları nəhayət yoldan keçən bir polis vertolyotu görürür, lakin Bob həmin vaxt qanına keçən yoluxmadan ölür.
Mors onunla görüşən jurnalistlərə deyir: "Hamımızın həyatda sınaqları var, lakin onlar heç də istədiyimiz kimi deyil". Həlak olan dostları ilə bağlı isə deyir: "Dostlarım mənim həyatımı xilas edərək həlak oldular."