Son döyüş (film, 1996)
Son döyüş | |
---|---|
Janr |
idman döyüş macəra cinayət triller |
Rejissor | Xəyyam Aslan |
Ssenari müəllifi | Xəyyam Aslan |
Baş rollarda |
Xəyyam Aslan — Səbuhi Səbinə Cabbarzadə — Kəmalə Nadir Muqbilov — Nadir Muxtar Maniyev — Məşqçi Ənvər Həsənov — Ənvər bəy Ramiz Məlikov — Boss |
Operatorlar |
Amin Novruzov Kənan Məmmədov Yuri Varnovski |
Bəstəkar | Səyavuş Kərimi |
Rəssamlar |
Rafiz İsmayılov Fikrət Ələkbərov |
İstehsalçılar |
"Tilsimfilm" Kinoşirkəti "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1996 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 91 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1996 |
Texniki məlumatlar |
10 hissə 2545 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
Filmdəki hadisələr dünyanın bütün ölkələrində baş verə bilərdi, çünki mafiya adlanan vəba hər bir ölkədə eynilə bir-birinə bənzəyir. Mafiyanın milliyyəti olmur, deməli, onlar üçün hər hansı bir sərhəd də mövcud deyildir.
Film Vətənini, ailəsini hər şeydən üstün tutan və pula satılmayan karate üzrə məşhur idmançının başına gələn əhvalatlardan söhbət açır.
Filmin baş qəhrəmanı, Dünya çempionu Səbuhi Aslan (Xəyyam Aslan) dzyu-do üzrə xaricdə keçirilən Beynəlxalq yarışda iştirak etmək üçün dəvət alır.
İdmançıların və məşqçilərin pulla ələ alınması barədə çox hadisələr mövcuddur. Səbuhi rəqibləri ilə yarışarkən bir-birinin ardınca qalib gəlir. Buna görə də mafioz başçıları onu ələ almağa qərar verirlər. Onlar son döyüşü uduzmaq məqsədilə Səbuhiyə külli miqdarda pul təklif edirlər. Azərbaycan idmançısı Bossun (Ramiz Məlikov) və onun komandasının təklifini rədd edir...
Anaya, vətənə və ailəyə məhəbbət filmdən qırmızı bir xətt kimi keçir. Bu əlaqələndirici bağlılıq qəhrəmanın xarakterini formalaşdırır, o, sarsılmaz və mətin xarakterli şəxsiyyətə çevrilir.
Baş qəhrəmanı mənən sındırmaq, heysiyyatına toxunmaq üçün onu müxtəlif bəhanələrlə ləkələməyə çalışır, həbsxanaya salır, işgəncə verirlər. O, bütün bu iftiraları rədd edir, çünki o, məğlubedilməzdir. Onun üçün ana vətən bütün maddi nemətlərdən ucadır. Səbuhi öz qüvvəsinə inanır. Vətən şərəf, vicdan və azadlıq deməkdir. Bunlar isə satılmır.
Film haqqında
- Film aktyor Tələt Rəhmanovun kinoda son işidir.
Filmin heyəti
Film üzərində işləyənlər (titrlərdəki sıraya görə)
- Prodüser: Marsel Abdullaoğlu
- Ssenari müəllifi: Xəyyam Aslan
- Quruluşçu rejissor: Xəyyam Aslan
- Quruluşçu operator: Amin Novruzov, Kənan Məmmədov, Yuri Varnovski
- Quruluşçu rəssam: Rafiz İsmayılov, Fikrət Ələkbərov
- Bəstəkar: Səyavuş Kərimi
- Səs operatoru: Kamal Seyidov
- Sinxron mətnin müəllifi: Eldəniz Rəsulov
- Sinxron mətnin redaktoru: Eldəniz Rəsulov
- Montaj edən: Lyudmila Lotina, Nataliya Albitskaya
- Filmin direktoru: Aydın Hüseynov
- Rejissor: Ənvər Həsənov, Adil İsmayılov, Rafiq Orucov
- Operator: Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi), Tərlan Babayev (T.Babayev kimi)
- Qrim rəssamı: Çingiz Paşayev
- Fotoqraf-rəssam: Natiq İbrahimov
- Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov
- Quraşdırılmış səhnələrin rəssamı: E.Qurbanova
- Musiqi redaktoru: İsmayıl Dadaşov
- Mahnıların mətni: İsmayıl Dadaşov
- Mahnı ifa edən: İlqar Muradov
- Çalır: Rafiq Babayev Adına Studiyanın İnstrumental Ansamblı
- Ansamblın bədii rəhbəri: Səyavuş Kərimi
- Rejissor assistenti: Zilli Namazov, Tamilla Muxtarova, A.Sultanov
- Operator assistenti: S.Kərimov, Sahib Səfərov (S.Səfərov kimi)
- Səs texniki: Vidadi Samanduyev
- İşıq ustası: Əliağa İbrahimov, Rüstəm Rüstəmov
- Məsləhətçi: Musa Hümbətov (podpolkovnik)
- Trüklərin quruluşu: Əli Məmmədov
- Kaskadyor: Əli Məmmədov
- Döyüş səhnələrinin quruluşu: Nadir Muqbilov
- Rəng tənzimləyicisi: Əminə Cəfərova
- Pirotexnik: Dmitri Kasilov
- İnzibatçı: E.Məmmədov, Yusif Əlizadə, L.Sulyayeva
- Bədii rəhbər: Ramiz Məlikov
Rollarda
- Xəyyam Aslan — Səbuhi
- Səbinə Cabbarzadə — Kəmalə
- Nadir Muqbilov — Nadir
- Muxtar Maniyev — Məşqçi
- Ənvər Həsənov — Ənvər bəy
- Ramiz Məlikov — Boss
- Maya Şıxnəbiyeva — Mari
- Tələt Rəhmanov
- Həsən Məmmədov
- Elmira Şabanova
- Rafiq Əzimov — Vəkil
- Süleyman Əhmədov — Məhbus
- Zilli Namazov
- Fərəc Fərəcov
- Səhiyəddin Həsənov (S.Həsənov kimi)
- Kazım Abdullayev — Həbsxana işçisi
- İdris Rüstəmov
- Faiq Babayev
- V.Sədiyev
- R.Abbasov
- T.Musayev
- Tərlan Babayev (T.Babayev kimi)
- Şahmar Qəribli (Şahmar Qəribov kimi)
- Elşən Şirəliyev
- Heybət Heybətov
- Əli Məmmədov
- R.Muqbilov
- B.Muqbilov
- A.Musayev
- N.Nəsirov
- E.Eminov
- M.Həsənova
- Rafiq Orucov
- Səbuhi Aslan
- Səlim Quliyev
Filmi səsləndirən
- Eldəniz Rəsulov — Səbuhi (Xəyyam Aslan) (titrlərdə yoxdur)
Çəkilişə köməklik edən qurumlar
- Dövlət Yol Polisi
- Daxili İşlər Nazirliyi
- Ədliyyə Nazirliyi
- "Bisütun" İstehsal Birliyi
- Gənclər və İdman Nazirliyi Dzyu-Do Federasiyası