Soltanlı (Cəbrayıl)
Soltanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Soltanlı | |
---|---|
![]() | |
39°15′41″ şm. e. 47°02′55″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 240 m |
Saat qurşağı | |
| |
![]() |
Tarixi
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Məcburi köçkünlər əsasən Xırdalan şəhəri və Bakının Yeni Yasamal qəsəbəsində yerləşib.
19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1][2] 30 oktyabr 2020-ci il tarixində "Soltanlı" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.[3][4]
Toponimikası
Soltanlı Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Patrooykonimdir. Kəndin adı şahsevənlarin soltanlı tirəsinin adı ila əlaqədardır. Xalq arasında bəzən kənd Böyük Soltanlı da adlanır.[5] Həmçinin kənd Cəbrayılın ikinci ən böyük kəndidir.
İqtisadiyyatı
Təsərrüfatı heyvandarlıq, əkinçilik və üzümçülükdür.
İstinadlar
- "13 kənd işğaldan azad edildi". qafqazinfo.az (az.). 19 oktyabr 2020. 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- "В Баку заявили, что взяли под контроль ряд населенных пунктов в Карабахе" (rus). RİA Novosti. 19 October 2020. 6 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020.
- AzərTAc. "İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır" (az.). AzərTAc. 30.10.2020. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
- APA TV. "İşğaldan azad edilən 4 kənddə sərhəd zastavaları bərpa olundu" (az.). Youtube.com. 30.10.2020. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427