Solomon Krım

Solomon Krım (tam adı: Solomon Samoyloviç (Samuloviç), d. 1864 – ö. 1936) – Krım Kəraimlərindən olan siyasətçi və aqronom. Fransanın Tuon şəhəri yaxınlığındakı Krım adlı mülkünə görə bu cür adlandırılır.

Solomon Krım

Həyatı

Həyatının erkən illəri

25 iyun (7 iyul) 1867-ci ildə Krımın Feodosiya quberniyasında anadan olmuşdur. Atası Samuel Abrahamoviç Krim (1835-1898) Krımda məşhur olan Kəraim ailənin övladı və pedaqoq kimi məşhur idi. 1884-cü ildə Feodosiya Gimnaziyasını bitirmiş və elə həmin ildə də Moskva Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 1886-cı ildə isə ixtisas dəyişərək Peterburq Kənd Təsərrüfai Akademiyasında təhsilini davam etdirmişdir. 1890-cı ildə tələbə üsyanında iştirak etmiş, lakin ölkədən kənarlaşdırılmamışdır. 1892-ci ildə kənd təsərrüfatı elmləri namizəd elmi dərəcəsiylə universiteti bitirmişdir. Kliment Timiryazevin son tələbələrindən biridir.

Siyasi fəaliyyəti

Siyasətlə məşğul olan Solomon Krım 1906-cı ildə Rusiya imperiyasının I Dumasına (1906-1907) deputat seçilmişdir.[1] Onun deputat seçidiyi partiya o dövrki Rusiyanın ən güclü siyasi partiyası olan Kadet partiyası olmuşdur. Kadet partiyasınnı bir digər adı isə Konstitusional Demokratic Partiyadır. O, qeyri-nizami mason lojası olan Rusiya Xalqının Böyük Şərq Lojasının aktiv üzvlərindən biri olmuşdur.[2]

İlk Krım Xalq Cümhuriyyətinin dağıdılmasından bir neçə ay öncə General Süleyman bəy Sulkeviçin rəhbərliyində olan Krım Regional Hökumətində maliyyə naziri olaraq çalışmışdır. Qeyd etmək lazımdır ki, bu dövlət süquta uğradıdlıqdan sonra Süleyman bə Sulkeviç Azərbaycan Xalq Cümhuriyyətinə gəlmiş və burada AXC ordusunun baş qərərgah rəisi kimi xidmət etmişdir. 1920-ci ildə cümhuriyyət işğal olunduqdan sonra isə Süleyman bəy bolşeviklər tərəfindən edam edilmişdir.

Birinci Krım Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra – 1918-ci ilin 16 noyabr tarixində qısaömürlü Krımda regional, antiseparatist və antisovet hökumət qurmuş və onun baş naziri olmuşdur. Bu zaman onun xarici işlər naziri olan Maksim Vinaver də onun kimi Rusiya imperiyasının I Dumasında deputat olmuşdur.

Ağ Qvardiya generalı olan Anton Denikinin Könüllü Ordusu tərəfindən 1919-cu ilin aprelində məğlub edildikdən sonra Fransaya mühacirət etmişdir. Burada Rusiya mühacirlərinin toplaşdığı Bormes-les-Mimosasda yaşamışdır. Solomon Krım orada “Rus təpəsi” adlandırılan yerdə ev inşa etmişdir.[3]

Həmçinin bax

İstinadlar

  1. Fisher, Alan W. The Crimean Tatars. Hoover Press. 1978. 264. ISBN 978-0-8179-6662-1. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.
  2. "Noteworthy members of the Grand Orient of France in Russia and the Supreme Council of the Grand Orient of Russia's People". Grand Lodge of British Columbia and Yukon. 15 October 2017. 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2021.
  3. Dupouy, Raphaël; Obolensky, Alexis; Guillemain, Michel; Faucher, François. Les Russes de La Favière (PDF) (French). Réseau Lalan. 2012-02-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2009-11-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.