Solo Display Team

Solo Display Team — Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. F-16 Solo Display Team, AH-64D Apache Solo Display TeamPC-7 Solo Display Team-dən ibarətdir.

Solo Display Team
Yaranma tarixi 1979-2019
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

F-16 Solo Display Team

Komandanın dübütü 1979-cu ilə təsadüf edib. Komandanın vahid rəng sxemi mövcud deyildi. Ən son istifadə etdiyi narıncı dizayn 2009-cu ildən istifadə olunmağa başlamışdı. 2018-ci ilin 17 dekabr tarixində F-16 Solo Display Team-in daimi olaraq ləğv edildiyi elan edildi. Maddi və heyət çatışmazlığı səbəbindən komanda artıq 2015-ci ildən fəaliyyətsiz idi.[1][2][3]

AH-64D Apache Solo Display Team

Komanda 2002-ci ildə öz aviabazasında keçirilən hava şousunda birdəfəlik iştirak etmək üçün yaradılmışdı. Bununla belə, komanda sonrakı illərdə də hava şoularında çıxış etməyə davam etdi və 2005-ci ilin iyulunda Böyük Britaniyanın Qlosterşir əyalətində keçirilən Royal International Air Tattoo-da "Sir Duqlas Bader Trophy" mükafatını qazandı. Apache Solo Display Team 2005 və 2009-cu illər arasında fəaliyyətsiz idi, lakin 2010-cu ildə yenidən uçuşlar həyata keçirməyə başladı.[4]

PC-7 Solo Display Team

PC-7 Solo Display Komandası Hollandiyanın Şimali Brabant əyalətindəki Woensdrecht aviabazasında mərkəzləşib. Komanda pilot, iki təlimatçı və yer heyətindən ibarətdir. PC-7 Solo Display Team, F-16 Solo Display Team-dən fərqli olaraq, biri əsas, digəri ehtiyat kimi fəaliyyət göstərən iki təyyarəyə malikdir. Komanda 1995-ci ildə yaradılıb və Avropada hava şoularında çıxış edir. Təyyarə üçün istifadə edilən rəng sxemi əsasən qara rəngdədir, gövdə və quyruq boyunca tək sarı xətt var. Sarı xətt qanadların alt və üst hissəsində təkrarlanır. Hazır komanda uçuşlar həyata keçirmir.[5]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.