SoloTürk

SoloTürk və ya Solo Türk, adətən SOLOTÜRK deyə üslublaşdırılıb — Türkiyə Hərbi Hava Qüvvələrinin təktəyyarəli[lower-alpha 1] aerobatika komandası. İlk çıxış xarakterli uçuş 2010-cu ilin sentyabrında həyata keçirilmiş və qrupun ilk ictimai uçuşu 15 aprel 2011-ci ildə baş tutmuşdur.[3] O vaxtdan bəri "SoloTürk" bir neçə milli və beynəlxalq səviyyəli hava şousunda iştirak etmişdir. Çıxış xarakterli uçuşlarda istifadə olunan manevrlərinin əksəriyyəti komandanın özünə xasdır.

SoloTürk
Növü Aerobatika komandası
Yaranma tarixi 25 noyabr 2009 (2009-11-25) (qurulma)
15 aprel 2011 (2011-04-15) (çıxışlar)
Ölkə
Tabedir Türkiyə Hərbi Hava Qüvvələri
Tərkibi 3 pilot
2 köməkçi heyət üzvü
9 texniki işçi
Qərargah Konya aviabazası
Rəngləri Qara, qızıl, ağ, gümüş
                
Təchizatı F-16C Block 30TM[1]
CASA CN-235M-100
soloturk.tsk.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Komanda xüsusi olaraq rənglənmiş "General Dynamics F-16C Block 30TM" təyyarəsindən istifadə edir. Təyyarələr aviaşoularla yanaşı real döyüş əməliyyatlarında da iştirak edə biləcək vəziyyətdədir.[4] Üç pilot da daxil olmaqla ümumilikdə 13 heyət üzvü var və nəqliyyat təyyarəsi kimi "CASA CN-235M-100" istifadə olunur. "SoloTürk" çıxış xarakterli uçuşlarına görə bir çox mükafata layiq görülmüşdür.

Tarixi

2014-cü ildə "SoloTürk".

Təktəyyarəli aerobatika komandasının yaradılması üzərində işlər 25 noyabr 2009-cu il tarixində başlamışdır. 2010-cu ilin yanvarında pilotlar seçilmiş və həmin ilin mayında üç aylıq təlimlərə start verilmişdir. Çıxış xarakterli ilk uçuş 2010-cu ilin sentyabrında 4-cü Əsas Baza Reaktiv Komandanlığında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Həsən Aksaya təqdim olunmuşdur, ilkin olaraq üç pilot bu komandanın bir hissəsi olmuşdur.[3][5]

Komanda ilk dəfə 15 aprel 2011-ci ildə Ankara şəhərindəki Akıncı aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə ictimaiyyət qarşısında çıxış etmişdir.[6][7] 2014-cü ildə keçirilən son Vaddington Beynəlxalq Aviasiya Sərgisində "SoloTürk" son manevr kimi qlissadanın altına dalmış və tamaşaçıların üzərində çox alçaq hündürlükdə keçərək eniş etmişdir.[8]

Akıncı aviabazası "SoloTürk"ün yarandığı gündən onun bazası idi, lakin bu aviabaza 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bağlanmışdı, çünki buradan çevriliş tərəfdarlarının komandanlığı kimi istifadə edildiyi iddia olunmuşdu.[9] Aparılan daxili istintaq nəticəsində "SoloTürk" üzvlərinin heç birinin Fətullah Gülənin FETÖ hərəkatının üzvü olmadığı qənaətinə gəlinmişdir.[10] Qrupun bazası 2016-cı ilin oktyabrında "Türk Ulduzları" aerobatika komandası da yerləşdirildiyi Konya aviabazasına köçürülmüşdür.[11][12]

25 yanvar 2017-ci il tarixində pilotlar Erhan Günar və Serdar Doğan gələn ilə hazırlıq məqsədilə keçirilmiş təlim uçuşları zamanı "SoloTürk"ün eniş sürəti 300 kilometr/saat[13] təşkil etməli olan "F-16" təyyarəsini 180 km/saat sürətində uçuraraq "ən yavaş uçuş" rekordunu qırmışdır.[14][15]

20 sentyabr 2018-ci il tarixində keçirilən birinci "Teknofest"də "SoloTürk", "Red Bull RB8", "Kawasaki Ninja H2", "Tesla Model S P100D", "Aston Martin Vantage", "Lotus Evora GT410" və "Bombardier Challenger 600" arasında draq-reys yarışı keçirilmişdir.[16] 9 saniyəlik yarışda "Kawasaki Ninja H2" sürücüsü Kənan Sofuoğlu qalib gəlmişdir.[17] Burada Ceyk Dennisin idarə etdiyi "Red Bull RB8" ikinci, "SoloTürk" pilotu isə üçüncü olmuşdur.[18] 2020-ci il Türkiyə Qran-prisinin İstanbul Park halqasında yarış başlamazdan əvvəl "SoloTürk" əsas yolun üzərindən uçuş keçirmişdir.[19][20][21] Operatorlar tərəfindən çəkilmiş kadrlardan görünür ki, təyyarənin gözlənilməz səsi qulaqcıqsız bir neçə sürücüdə çaşqınlıq yaratmışdı.[22][23]

26 iyun 2018-ci il tarixində Azərbaycan Ordusunun Qurulmasının 100 illiyi şərəfinə keçirilən paradda ilk dəfə Bakı səmasında uçuş həyata keçirib.[24]21 may 2022-ci ildə pilot Emre Mertin idarəsi altında F-16 təyyarəsi ilə kobra manevri həyata keçirən komanda olmuşdur.[25] 26–29 may 2022 tarixlərində Texnofest festivalı çərçivəsində Texnofest Azərbaycan tədbirində Türk Ulduzları ilə birlikdə uçuşlar həyata keçirib.[26]

Adlandırılması

Hərbi Hava Qüvvələri Komandanlığı personalı tərəfindən göndərilən təxminən 300 ad təklifi arasından "SOLOTÜRK" adı seçilmişdir.[27]

Aviaşoular

SoloTürk nümayiş uçuşu təxminən 20 dəqiqə çəkir və pilot 20 manevr yerinə yetirir. Komandanın keçmiş pilotlarından olan Erhan Günarın sözlərinə görə, bu manevrlərin əksəriyyətini yalnız SoloTürk həyata keçirir.[28] Havaya qalxan təyyarə şassisini yığdıqdan sonra 10 metr (33 fut) yüksəklikdə başıaşağı çevrilir və bu formada sürət yığmağa davam edir. 2022-ci ildən kobra manevri uçuş planına əlavə edilib.[29] Şou zamanı təyyarə 190–2220 km/saat sürətləri arasında hərəkət edir və 30 metrə qədər alçalır.[30] Hər nümayiş uçuşunda 3,5 ton yanacaq sərf olunur. Uçuşlar zamanı pilotlar müsbət 9 g və mənfi 3 g qədər G qüvvəsinə məruz qalırlar.[31]

Təyyarələr

Şou təyyarəsi

SoloTürk nümayiş uçuşlarında General Dynamics F-16C Blok 30TM təyyarəsi istifadə olunur. Bu təyyarənin seçilməsində səbəb yüksək manevr qabiliyyətinə malik olması və idarəetmənin yan idarəetmə dirsəyi(en) vasitəsiylə həyata keçirilməsidir.[32] Bu da öz növbəsində yüksək G güvvəsi təsiri zamanı pilotların təyyarəni idarə altında saxlamasına şərait yaradır.[32] Təyyarəni yalnız görünüşü digər təyyarələrdən fərqləndirir.

Dizayn

Təyyarələrin rənglənmə dizaynı Murat Dorkip tərəfindən hazırlanmışdır.[33] Uçuş zamanı Solotürkün altında görünən qızılı rəngli ay-ulduz Türkiyə Hərbi Hava Qüvvələrinin türk millətinin şərəf rəmzi olan bayrağımıza verdiyi önəm və bağlılığı təmsil edir.[34] Təyyarənin üstündəki gümüşü ulduz Türkiyə Cümhuriyyətinin və Türkiyə Hərbi Hava Qüvvələrinin 21-ci əsrin ulduzu olmaq idealını simvolizə edir.[34] Təyyarənin qanadı üzərində təsvir olunmuş mat qara rəng fonundakı parlaq qara rəngli qartal aviasiya ruhunda azadlığı və qətiyyəti simvollaşdırır. Təyyarənin burnuna doğru uzanan qara və boz diaqonal xətlər pilotların sürətli düşünmə və qərar qəbul etmə, davamlı irəliləyiş və sərhəd tanımama kimi keyfiyyətlərini əks etdirir.[34] Solotürkün dizaynı "Türk Hava Qüvvələri Çağla Yarışır" (türk. Türk Hava Kuvvetleri Çağıyla Yarışıyor) şüarının cismləşmiş formasıdır.[34]

Nəqliyyat təyyarəsi

Əvvəlcə komanda nəqliyyat təyyarəsi kimi CASA CN-235M-100-dən istifadə olunurdu. 2016-cı ildə bu təyyarə seriya nömrəsi 63–13187 olan Lockheed C-130 Hercules ilə əvəz olundu.[35] 2020-ci ilin oktyabrında komanda CASA CN-235 istifadə etməyə başladı.[36] Nəqliyyat təyyarəsi də oxşar dizaynda boyanmışdır.[36]

Heyət

Pilotlar

Komanda daxilində uçuşlarda iştirak etmək istəyən pilotlar təlimdən keçməzdən əvvəl müəyyən meyarlara cavab verməlidirlər.[37]

Yarandığı gündən bu günə qədər komandada olmuş pilotlar:[38]

Ad soyad İllər Sıra nömrəsi
Murat Keleş 2011/2012 001
Fatih Batmaz 2011/2012 002
Sedat Yalın Ahbap 2011/2014 003
Yusuf Kurt 2012/2015 004
Erhan Günar 2013/2020 005
Serdar Doğan 2015/2021 006
Emre Mert 2019/----- 007
Murat Bakıcı 2021/----- 008
Yasin Dikkule 2023/----- 009

Texniki heyət

Komandaya 9 texniki heyət üzvü, mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi üzrə işçilər daxildir.[39]

Mükafatlar

Solotürk ilk mükafatı olan "Ən yaxşı nümayiş uçuşu" (ing. Best Demonstration Flight) mükafatını18 iyun 2011-ci ildə almışdır.[40] 2017-ci ilin avqust ayında eyni mükafatı Slovakiyada, 30000 nəfər qarşısında çıxışı zamanı əldə edib.[41] 2018-ci ildə "Ən yaxşı solo reaktiv nümayiş uçuşu" (ing. Best Solo Jet Demonstration Flight) mükafatına layiq görülüb.[42]

Qeydlər

  1. Nadir hallarda əsas və ehtiyat təyyarə birgə uçuşlar həyata keçirir[2]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  2. https://www.youtube.com/watch?v=Opul6O3tiQM
  3. "SoloTurk – TARİHÇE". www.soloturk.tsk.tr. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  4. "SoloTurk – SIKÇA SORULAN SORULAR". www.soloturk.tsk.tr. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  5. "SoloTurk – Tarihçe". Soloturk. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  6. "100th Anniversary Activities of Turkish Air Force F-16 Solo Display Team". Turkish Air Force. 9 March 2011 tarixində orijinalından arxivləşdirilib.
  7. "F-16 solo Türk göz doldurdu". Haber 1. 31 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 April 2011.
  8. "Turkish F-16's ultra low landing at Waddington Airshow". Theaviationist. July 6, 2014. August 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2021.
  9. "194 killed in quashed Gülenist coup attempt: Military". Hürriyet Daily News. July 15, 2016. August 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2016.
  10. "Bu bayram onları gökyüzünde görmeyeceksiniz çünkü..." Odatv4. 29 October 2016. 11 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2021.
  11. "SOLOTÜRK'ün yeni yuvası belli oldu". Milliyet. 18 October 2016. 11 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2021.
  12. "SOLOTÜRK'e yeni yuva". A Haber. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  13. "How not to land a fighter jet". www.bbc.com. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  14. "SOLOTÜRK'ten "yavaş uçuş" rekoru". NTV. 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  15. "SOLOTÜRK'ten yavaş uçuş rekoru". CNN Türk. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  16. "İnanılmaz görüntüler". Habertürk. September 20, 2018. September 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2021.
  17. Enver ALAS-İbrahim MAŞE. "İşte F-16 ile Kenan Sofuoğlu yarışının galibi..." Hürriyet. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  18. "Kenan Sofuoğlu F-16 uçağıyla yarıştı". TRT Haber. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  19. "SOLOTÜRK, Formula 1 DHL Türkiye Grand Prix'i selamlıyor!". Posta. 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  20. "Formula 1 'de SOLOTÜRK sürprizi". Sabah. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  21. "SOLOTÜRK'ten Formula 1 pilotlarına selam". TRT Haber. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  22. "Formula 1 pilotları kaçacak yer aradı". Yeni Çağ Gazetesi. November 15, 2020. November 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2021.
  23. "SoloTürk F-1 pilotlarının aklını aldı!". HavaHaber. November 15, 2020. December 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2021.
  24. "Bakı paradında türk əsgəri rüzgarı". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-20.
  25. "SOLOTÜRK yeni manevrasıyla F-16 sınırlarını aştı". www.aa.com.tr. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  26. ""TEKNOFEST Azərbaycan" festivalında aviaşou keçirildi". 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-20.
  27. "SoloTurk – TARİHÇE". www.soloturk.tsk.tr. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  28. "SOLOTÜRK'ün merak edilenleri". www.aa.com.tr. 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  29. "SOLOTÜRK yeni manevrasıyla F-16 sınırlarını aştı". www.aa.com.tr. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  30. Torun, Serap. "Bu manevrayı sadece SOLOTÜRK yapıyor". www.hurriyet.com.tr (türk). 2020-11-13. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  31. "SoloTurk – SIKÇA SORULAN SORULAR". www.soloturk.tsk.tr. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  32. Torun, Serap. "Bu manevrayı sadece SOLOTÜRK yapıyor". www.hurriyet.com.tr (türk). 2020-11-13. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  33. "MD". muratdorkip.com. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  34. "SoloTurk – SOLOTÜRK TASARIMIN ÖYKÜSÜ". www.soloturk.tsk.tr. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  35. Herk, Hans van. "Solo Türk new support aircraft". www.scramble.nl (ingilis). 2020-09-30. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  36. C4Defence. "SOLOTÜRK Tekrar CN235'le Birlikte". C4 Defence (türk). 2020-10-01. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  37. "SoloTurk – SIKÇA SORULAN SORULAR". www.soloturk.tsk.tr. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  38. "SoloTurk – İZ BIRAKANLAR". www.soloturk.tsk.tr. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  39. "SoloTurk – TARİHÇE". www.soloturk.tsk.tr. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  40. TATTERSALL/LONDRA, (DHA), Alpaslan DÜVEN-Aynur. "SoloTürk Londra'da ödül kazandı". www.hurriyet.com.tr (türk). 2011-07-18. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  41. Gazetesi, Dünya. "SOLOTÜRK'e Slovakya'dan ödül". https://www.dunya.com/gundem/soloturke-slovakyadan-odul-haberi-379648 (türk). 2017-08-29. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  42. Habertürk. "SOLOTÜRK'e İngiltere'den ödül". Habertürk (türk). 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.