Solmaz Rüstəmova-Tohidi

Solmaz Əli qızı Rüstəmova-Tohidi (d. 20 fevral, 1953) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı. İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Respublikasının əməkdar elm xadimi(2018)

Solmaz Rüstəmova-Tohidi
Doğum tarixi
Doğum yeri Bakı
Elmi dərəcəsi Tarix elmləri doktoru
İş yeri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili
Tanınır Tarixçi
Üzvlüyü Beynəlxalq Sosial Tarix İnstitutunun (Hollandiya) Qafqaz və Orta Asiya Respublikaları üzrə nümayəndəsi [1]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı  — 2018 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı

Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir.

Elmi fəaliyyəti

Elmi tədqiqat istiqamətləri: ХХ əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranınTürkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi.

Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir.

27 noyabr 2018-ci ildə Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib."[2]

Əsas elmi naliyyətləri: Beynəlxalq kominternşünaslıq və iranşünaslıq sahəsində Fundamental monoqrafiya və digər tədqiqatlar Azərbaycan kitabxana və arxivlərində saxlanılan dövrü mətbuatı (ərəb əlifbasında, 18 dildə, 1050 adda)

Ümumi Kataloqları – 3 kitab (Bakıda, Londonda vəTehranda nəşr olunmuşdur)

1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən "Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri" silsiləsindən sənədlər toplularının ilk dəfə nəşri (14 kitab) və təhqiqatı (3monoqrafiya)[1]

Əsas elmi işləri

6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin (referat, rəy və s.) müəllifidir. 7 kitabın elmi redaktoru, 4 sənəd kolleksiyasının və dövrü nəşrin tərtibatçısıdır.

Kitabları

  • İranın kommunist dövri nəşri emiqrasiyada. 1917–1932 il. 1985, 145 s. (fars dilində);
  • Bakı sənədləri. Azərbaycan, Türk (Osman), Fars və Ərəb dövrlərinin Azərbaycan Respublikasında birgə kataloqu. (T. Atabaki), Taurus Academic Studies, Лондон, 1995, 332стр. (ingilis dilində);
  • İranda Kominternin şərq siyasəti 1919–1943. — Bakı, "Xəzər", 2001, 507 səh. (azərbaycan dilində);
  • Март. 1918. Г. Баку. Азербайджанские погромы в документах. Баку. Индиго-пресс, 2009, 864 стр. (rus dilidə)
  • Mətbuat-e kommunist-e İran dər Mühacirat. 1917–1932. 1985. (fars dilində) – 12 ç.v.
  • Azərbaycandövrü mətbuatı.1875–1990. Azər-nəşr,1993. Bakı (Ərəb və latın qrafikası ilə) – 18 ç.v.
  • Baku Documents. Union catalogue of Persian, Azerbaijani, Ottoman Turkish and Arabic Serials and newspapers in the Libraries of the Republic of Azerbaijan.(bu T. Atabakı), Tauris Academic Studies, 1995, London. – 20,5 .v.4. Kominternin Şərq siyasəti və İran.1919–1943. Khazar University Press, Bakı, 2001. – 31 ç.v.
  • Union Catalogue of Persian, Arabic, Ottoman Turkish, Kurdish an Azerbaijan Serials and Newspapers in the Libraries of the Republic of Azerbaijan and the Republic of Georgia.- Centre for Media Studies and Researches, 2006, Tehran.- 46 ç.v.
  • Куба. Апрель-Май 1918. Мусульманские погромы в документах.- 2010, Bakı, — 35 ç.v.
  • 1918. Азербайджанские погромы в фото-графиях и документах. (rus, ingilis və türk dillərində), Bakı,- 2012, — 208 səh.
  • ШЕМАХА. Март-июль 1918 г. Азербайджанские погромы в документах. Том I. Город Шемаха.-2013, Bakı, — 55 ç.v.
  • ШЕМАХА. Март-июль 1918 г. Азербайджанские погромы в документах. Том II. Селения Шемахинского уезда. −2013, Bakı,- 55,5 ç.v.[1]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.