Solmaz Qaşqay

Solmaz Bəyim Mir Tağı qızı Qaşqay (10 iyul 1936 – 18 iyun 2011) — tarix elmlər namizədi, mixi yazılar üzrə mütəxəssis, Manna dövlətinin tarixini araşdıran beynəlxalq aləmdə tanınan alim.

Solmaz Mir Tağı qızı Qaşqay
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Mir Tağı Seyidəli oğlu Qaşqay
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmlər namizədi
İş yeri AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
Alma-mater S.M.Kirov adına ADU-nin Tarix fakültəsi (indiki BDU Tarix Fakültəsi)
Elmi rəhbəri İqrar Həbib oğlu Əliyev

Həyatı

Solmaz Mirtağı qızı Qaşqay 1936 ilin iyulun 10-u ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşında olarkən atası Mir Tağı Qaşqay Böyük Vətən Müharibəsinə yollanıb və müharibədən qayıtmayıb. Orta məktəb təhsilini 1944 – 1955-ci illərdə almışdır. 1955-ci ildən 1960-cı ilə kimi Solmaz xanım S.M.Kirov adına ADU-nin (indiki BDU) Tarix fakultəsində oxumuşdur. Solmaz xanım ailə qurmamışdı. Bir bacısı və bir qardaşı var idi. Bacısı coğrafiyaşünas alim Rəna Qaşqay olub. Görkəmli alim akademik Mirəli Qaşqayın qardaşı qızıdır. O, 2011-ci ildə 18 iyunda növbəti ürəktutmasından dünyasını dəyişdi.

Elmi fəaliyyəti

Universiteti bitirdikdən sonra Solmaz Qaşqay Azərbaycan SSR EA Tarix İnstitutunun (indiki AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu) “Azərbaycanın qədim tarixi” şöbəsinə işə düzəlib və burada ömrünün sonuna kimi işləyib. 1962–1968-ci illərdə Solmaz Qaşqay SSRİ EA Şərqşünaslıq İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq, REA Şərq əlyazmaları İnstitutu) filialına ezam olunmuşdur. Orada o professor L.A.Lipindən akkad (aşşur-babil) dili, professor İ.M.Dyakonovdan isə biayni (Urartu) dili tədris kurslarını keçmişdir. Eyni zamanda Solmaz Qaşqay orada aspiranturaya qəbul oldu. Beləliklə, tədris kursunu bitirəndən sonra Solmaz Qaşqay görkəmli tarixçi-alimlər İ.H. ƏliyevdənY.B. Yusifovdan sonra Azərbaycanda üçüncü Yaxın şərq ölü dilləri üzrə azərbaycanlı mütəxəssis və birinci azərbaycanlı qadın-mütəxəssis oldu. Tədrisini bitirincə Solmaz Qaşqay Bakıya qayıdıb və “Azərbaycanın qədim tarixi” şöbəsində işləməyə davam edib. 1971-ci ildə Solmaz Qaşqay İ.H. Əliyevin elmi rəhbərliyi altında “Azərbaycan (İran Azərbaycanı) e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində (mixiyazılı mənbələr və arxeoloji materiallar əsasında)” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdi. Nəzəri fəaliyyətlə yanaşı Solmaz xanım mütəmadi olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın müxtəlif bölgələrində təşkil etdiyi arxeoloji qazıntılarda da iştirak etmişdi. Solmaz xanım bəzi arxeoloji tədqiqatlara Rusiyanın şərqşünas alimlərindən İ.N.Medvedskayanı və rəssam N. Kuznesovanı da cəlb etmişdi. Ötən əsrin 90-cı illərindən Xəzər Universitetində Qədim Şərq tarixi və Azərbaycan tarixi fənnlərindən mühazirə oxuyub. Solmaz Qaşqay Azərbaycanın qədim tarixinə həsr olunmuş 6 monoqrafiya (2 həmmüəllif) müəllifidir. Solmaz Qaşqay dünya miqyasında tanınan elm xadimlərimizdən olmuşdur.

Elmi nailiyyətləri

Manna dövlətinin tarixinin ən geniş araşdırması[1], mixi yazılarda Azərbaycanın qədim tarixinə aid fraqmentlərin tərcümə, şərhləri və nəşri[2], yeddi cildlik "Azərbaycan tarixinin" I-ci cildinin həmmüəllifliyi[3], Ön Asiyada miqrasiya proseslərininə dair araşdırmalar[4] əsas nailiyyətləridir.

Əsərləri

  1. Новые данные об обществе и культуре Манны // Известия АН Аз. ССР, 1968, №5 С.65-71
  2. Studies in Honor of Benno Landsberger on His Seventy-fifth Birthday, April 21, 1965 (Assyriogical Studies.Nr.16 Chicago, 1965)// Вестник древней истории. 1968, №2, с.167-176. (V.K.Afanasyeva, İ.M.Dyakonov, İ.T.Kaneva, Q.X. Kaplan, İ.Ş.Şifman, V.A. Yakobson, N.B. Yankovskaya ilə həmmüəllif)
  3. О городах-крепостях Манны // Тезисы докладов Всесоюзного симпозиума «Города и торговля древнего Востока (III-I тыс. до н.э.)». Ереван, 1969
  4. О ранних государственных образованиях на территории Иранского Азербайджана // Доклады АН Аз. ССР, 1970, Том XXVI, №9,с.89-92
  5. О ремесленном производстве в областях Mаннейского государства в начале I тыс. до н.э. // V Всесоюзная сессия по древнему Востоку (Тезисы). Тбилиси, 1971
  6. Археологические исследования Хачбулагского отряда // Археологичеcкие и этнографические изыскания в Азербайджане в 1973 г. Баку, 1974 (H.Kəsəmənli ilə həmmüəllif)
  7. General outlines of the material culture of the Nakhichevan zone and of Iranian Azerbaijan // Acta Antiqua Academiae Scientiarum Hungaricae. Budapest, 1974,t.XXII, fasc.1-4, p.349-351
  8. Zu einigen ähnlichen Erscheinungen in der materiellen Kultur des Bezirks Nachitschewan Azerb.SSR und des iranischen Aserbaidschan am Anfang des I Jahrtausends v.u.z. // Internationale Tagung der Keilschriftforscher der sozialistischen Länder. Budapest, 1974
  9. Раскопки в Хачбулакском районе // Археологичсекие открытия. М.1975 (H.Kəsəmənli ilə həmmüəllif)
  10. О некоторых общих чертах в материальной культуре областей Иранского Азербайджана и Нахичеванского края начала I тыс. до н.э. // Переднеазиатский сборник. Том III, Москва, 1976
  11. О металле “annakum” Приурмийских областей // Вестник древней истории, 1976, №3, с.150-153
  12. Новые памятники в районе строительства Шамхорской ГЭС(1975) // Археологические открытия. М.1976 (H.Kəsəmənli ilə həmmüəllif)
  13. О городах-крепостях на территории Манны // Древний Восток. Ереван.1976, Вып.2, с.89-97
  14. Раскопки горизонта II Аликёмектепеси.1976 // Археологические открытия. М.1977(F.Mahmudov ilə həmmüəllif)
  15. Das mittelalterliche Haraba-Gilan (Aserbaidschan) // Archäologische Mitteilungen aus Iran und Turan. 1977. B.29, p.401-425
  16. Из истории Маннейского царства. Баку, 1977
  17. Geographical Names According to Urartian Texts / Repertoire Géographique de Texts Cuneiforms. Band 9, Wiesbaden, 1981 (İ.M.Dyakonovla həmmüəllif)
  18. New Archaeological Find in Soviet Azerbaijan // Archiv für Orientforschung. Wien. 1982. Beiheft 19, p.307-312
  19. Некрополь Халы-Кешан//Всесоюзная археологическая конференция «Достижения советской археологии в XI-ой пятилетке». Баку.1985
  20. Обрядовая преемственность в погребальных памятниках Ордубадского района // XXXIII Международная конференция ассириологов. Париж. 1986
  21. Погребения некрополя Мунджуглутепе //Советская археология. 1991, №3, с.221-223 (Q.Aslanov ilə həmmüəllif)
  22. Культура Нахичеванской зоны в хронологии северо-западного Ирана // Международная конференция ассириологов. Гейдельберг. 1992
  23. Manna dövləti. Bakı, 1993
  24. Cylinder seals from the Nakhichevan District // Sulmu IV, Everyday Life in Ancient Near East, Papers Presented at the International Conference Poznan, 19-22 September, 1989. Edited by J.Zablocka and S.Zawadzki. Poznan, 1993, p.13-19 (with G.Aslanov)
  25. Об оружии некрополей Ордубадской области (первая половина I тыс.до н.э.)// Кавказ IV – I тыс.до н.э.. Спб, 1996
  26. The Material Culture in Azerbaijan During the Scytians Campaigns: a new interpretation of Herodotus // Altorientalische Forschungen, 1997, Band 24, №2, p.251-258
  27. Azərbaycan tarixi. 7 cilddə. I cild. Bakı. Elm. 1998,s.174-212
  28. Mərdangöl nekropolunun materialları// Azərbaycan arxeologiyası.1999.№3-4,s.69-72(Q.Aslanov,B.İbrahimov ilə həmmüəllif)
  29. Xaraba-Gilan dəfn abidələri // Elmi əsərlər. Naxçıvan MR 75-illiyinə həsr olunmuş xüsusi buraxılış. Naxçıvan:Qeyrət.1999, №5, s.98-99
  30. Материальная культура древней Нахичевани // Naxçıvan. Bakı. Elm. 1999, s.14-29
  31. Azərbaycanda ən qədim toponim//Elm.2001,30 iyun
  32. Нахичеванская зона в период урартских завоеваний // История и языки древнего Востока. Памяти И.М.Дьяконова. Санкт-Петербург, 2002
  33. Древние некрополи Хараба-Гилана. Баку, 2002 (Q.Aslanov,B.İbrahimov ilə həmmüəllif)
  34. О скифских походах через Кавказ на Ближний Восток // Akademik İ.Əliyevin 80-illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı:Elm, 2004,s.41-52
  35. Раскопки некрополя Пловдаг II / Эдубба вечна и постоянна. Материалы конференции, посвященной 90-летию со дня рождения И.М.Дьяконова. Санкт-Петербург, 2005 , с.86-93 (İ.N.Medvedskaya, B.İbrahimov ilə həmmüəllif)
  36. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı, 2006,91 s.
  37. Azərbaycan ərazisində tapılmış qədim yazılar haqqında // Azərbaycan arxeologiyası. 2006, №1-4.s.147-152
  38. Skiflərin Yaxın Şərqə müdaxilə yolları və Azərbaycan // AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı, 2007, Cild 19,s. 5-18
  39. Ön Asiyada miqrasiya proseslərinə dair. Bakı, 2009,120 s.
  40. Qədim Şamaxının tarixindən // AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı, 2009, Cild 28, s.38-41 (M.N.Rəhimova ilə həmmüəllif)
  41. Gədəbəy rayonunun tarixi abidələri haqqında // AMEA Tarix İnstitutu. Elmi əsərlər, 2009, Cild 29

Həmçinin bax

İstinadlar

  1. Solmaz Qaşqay. Manna dövləti. Bakı: Azərnəşr. 1993. ISBN 5-552-0189-2. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-01.
  2. Solmaz Qaşqay. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı: Təhsil. 2006. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  3. Azərbaycan tarixi (PDF). 1. Bakı: Elm. 1998. səh. s.174-212. ISBN 5-8066-0784-4. 2021-01-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-01.
  4. Solmaz Qaşqay. Ön Asiyada miqrasiya proseslərinə dair. Bakı: Şərq-Qərb. 2009. ISBN 978-9952-34-396-0. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.