Solmaz Məhərrəmova
Məhərrəmova Solmaz Səttar qızı — etnoqraf-alim, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru.[1]
Solmaz Məhərrəmova | |
---|---|
Məhərrəmova Solmaz Səttar qızı | |
Doğum tarixi | |
Doğum yeri | Laçın, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi adı | tarix elmləri doktoru |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Həyatı
Azərbaycan Respublikasının Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirmişdir.
1980-1992-cı illərdə Laçın Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləmişdir. Hazırda AMEA -nın A. A.Bakıxanov adına Tarix İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Laçın Rayon təşkilatının sədridir.
Elmi fəaliyyəti
1995-ci ildə "Azərbaycan kəndində müasir mədəni-məişət prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmlər namizədi alimlik dərəcəsi almışdır.
2011-ci ildə "XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)" mövzusunda Ermənistanın işğalına məruz qalmış Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi və mənəvi mədəniyyətinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə etmişdir.
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilk dəfə böyük tirajla nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş üçcildlik "Azərbaycan etnoqrafiyası"nın müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür.
Üç monoqrafiya, 150-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalələrin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla nəşr edilmiş "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələnin folkloru" adlı kitablar toplusunun, 2017-ci ildə Moskvada rus dilində çapdan çıxmış "Azərbaycanlılar", habelə bu yaxınlarda nəşrə təqdim edilmiş "Qarabağın etnorafiyası" adlı fundamental əsərlərin əsas müəlliflərindən biridir.
Onun rəhbərliyi altında 4 nəfər dissertasiya yazmış və hazırda dissertanlardan biri müdafiə ərəfəsindədir.
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.30 Dissertasiya Şurasının üzvü, ED 1.30 Dissertasiya Şurasının "Etnologiya" ixtisası üzrə elmi seminarının sədridir .
Azərbaycan etnoqrafiya elminin və milli-mənəvi dəyərlərimizin təbliğində və geniş yayılmasında fəal iştirak edərək radio və televiziya kanallarının təşkil etdiyi verilişlərdə vaxtaşırı çıxışlar etmiş, AzTV-nin çəkdiyi "Yun hörgüsü-keçə sənəti", "Spase" kanalının 2 seriyalı "Azərbaycan xalq rəqsləri", "Lider" kanalının "Novruz çərşənbələri" adlı elmi-populyar filmlərində məsləhətçi-mütəxəssis-etnoqraf kimi çəkilmişdir. Bir sıra beynəlxalq simpozium və konfranslarda etnologiya elminin problemlərinə dair maraqlı çıxışlar (onlayn) etmişdir.
Təltif və mükafatları
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adını, iki dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Respublika Ağsaqqallar Şurasının, "Vətən eşqi" qəzetinin, Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, AMEA Azad Həmkarlar Komitəsinin Fəxri fərmanları, "Yeni şans" və "Azərbaycan əsgəri" qəzetlərinin fəxri diplomu, "Mediya Araşdırma" və "Azərbaycan və Avropa"nın layihəsi əsasında "Azərbaycan ziyalısı" fəxri diplomu, "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Xarı Bülbül" medalı, həmçinin pul mükafatları və təşəkkürlər almışdır.
İstinadlar
- "Arxeologiya və Etnoqrafiya İnstitutunun elmlər doktorları". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.