Soldan axırıncı ev

Soldan axırıncı ev (ing. Last House On The Left) — 1972-ci ildə Triller janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxildir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Prodüserlərdən biri isə Şon Kanninhemdir. Rollarda isə Sandra Paybadi, Luci Qrentxem, David Xess, Fred Lincoln, Mark Şefler, Jeraime Rain, Martin Kovdur. Film nümayişə girdiyi tarixdə ehtiva etdiyi şiddət və cinsilik səbəbiylə müzakirələrə səbəb olmuşdur. Üzərinə bir çox iş və araşdırma edilən film bəzi ölkələrdə qadağanlı videolar siyahısına girmişdir. Bu film Böyük Britaniyada ilk dəfə qadağan edilmişdir. "Soldan axırıncı ev" filmi 1960-cı ildə məşhur İsveç rejissoru İnqmar Berqmanın xalq balladası olan "Vinqedən Terenin qızlar" (Tores Dotter I Vange) əsasında çəkdiyi "Qız mənbəsi" adlı filminin motivləri əsasında hazırlanmışdır. Filmin 2009-cu ildə çəkilən remeykinin rejissoru Dennis İliadisdir və prodüserlərindən biri Ues Kreyven, digəri isə "13-cü Cümə" filminin də prodüseri olan Şon Kanninhemdir.

Soldan axırıncı ev
ing. The Last House on the Left
Janr qorxu filmi[1][2][…], dram filmi
Əsas mövzu qisas[d], seriyalı qatil
Rejissor
Ssenari müəllifləri
Montajçı Ues Kreyven
Distribütor Netflix
İlk baxış tarixi 1972
Müddət 84 dəq.
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0068833

Məzmun

Kolinvud ailəsi 3 nəfərdən ibarətdir. Onun yeganə qızı Meridir. O, 17-ci ad günündə rəfiqəsi Filis ilə birlikdə fanat olduqları bir rok-konsertə gedirlər.Amma yolda gedərkən radioda 2 cinayətkarın qaçdığı xəbərini eşidirlər. Onlardan biri Krug Stillo (David Hess, digəri isə Gəlincik adı ilə tanınan Fred Podovskidir. Onlar qaçarkən iki polis əməkdaşı öldürülüb. Hətta arxalarından göndərilən bir alman iti də öldürülüb. Axşam qızlar marixuana almaq üçün küçədə gəzişirlər. Burada qaçan cinayətkarlardan Jr. Stillo ilə (Marvin Heyz)rastlaşırlar. Stillo onları ot vermək adı ilə evlərinə aparır. Qızlar içəri keçərkən Stillo qapını bağlayır və cinayətkarlar onlara sataşırlar. Digər tərəfdə isə Merinin atası və anası öz evində öz qızına ad günü tortu hazırlayır. Qızlar isə Səhərə qədər işgəncələrə məruz qalır. Sonradan Filis kömək üçün canını qaçmaqla qutarsa da, yola çıxdığı anda Krug Stillo onun qarşısını kəsir. Cinayətkarlar sonda Filisi qandonduran işgəncələe verərək onun ürəyini çıxarır. Meri isə rəfiqəsi Filisin xəbərini gözlədiyi anda, Stillo Filisin ölümünü ona bildirir və Meri də ümidinin olmadığını görərək bataqlığa gedir. Nəticədə,Krug Stillo tərəfindən silahla bataqlıqda vurularaq öldürülür. Cinayətkarlar isə qaçaraq başqa bir evə sığınırlar. Sonradan aydın olur ki,cinayətkarlar öldürülən Merinin ailəsinin evində qalır. Ana isə Cunior Stillonun boynundakı boyunbağıdan şübhələnir və qızlarının izlərini tapmağa cəhd edirlər. Nəhayət, şübhələrdən sonra ailə gecə meşədə qızların cəsədləri ilə rastlaşırlar.Sonda ailə cinayətkarları öldürərək qızlarının intiqamını alır. Film də sona çatır.

Maraqlı faktlar

  • Bu film 2002-ci ilə qədər Böyük Britaniyada qadağan olunmuşdur.
  • Film komissiyaya göndərilən zaman ən böyük porno filmlərə verilən reytinq olan MPAA — "X" reytinqinə sahib olmuşdur. Ues Kreyven əvvəlcə filmdən 10 dəqiqə kəsir. Amma reytinq dəyişmir. Bu zaman Ues Kreyven yenidən 10 dəqiqə kəsir. Lakin reytinq əvvəlki vəziyyətdə qalır. Reytinqin dəyişmədiyini görən Ues Kreyven dostundan ştampı alıb "R" (17 yaşdan yuxarı və valideynlərin nəzarəti altında) reytinqini qeyd etmişdir ki, çoxlu ölkələr "Soldan axırıncı ev" filmini alsın.
  • Filmin çəkilişi Konnektikut şəhərinin Uestport şəhərində aparılıb.
  • Filmin digər adı "Qanlı təcavüz" adlanır.
  • Film Ues Kreyvenin ilk filmdir.
  • Ues Kreyven "Meri" adını sinif yoldaşı Meri Kollinvudun adından götürmüşdür.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.