Solak
Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində,[2] İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında,[3] Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.[4]
Kənd | |
Solak | |
---|---|
40°27′49″ şm. e. 44°42′31″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Dərəçiçək mahalı |
Rayon | Axta rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.650 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Tarixi
Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[5] qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır.
Toponimi
Toponim solak türk tayfasının adı əsasında[6] əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir[7]. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır[8]. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var[9]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Dərəçiçək nahiyəsində Solak kimidir[10][11][12]. XVIII əsrə aid ermənicə mənbədə də Dərəçiçək mahalında Solak[13] qeyd olunur.
Əhalisi
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra, 1828–30-cu illərdə kəndə Türkiyədən ermənilər köçürülmüşdür[14].1828–1829-cu illərdə kənddə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış, sonralar azərbaycanlılar qovulmuşlar. XIX əsrin ortalarına aid mə’lumatda kənddə ermənilərin yaşadığı göstərilir[15][16] Kənddə 1831-ci ildə 94 nəfər azərbaycanlı yaşamışdır[17]. Ermənilər burada 1840-cı illərdə tam məskunlaşdıqdan sonra azərbaycanlılar 1850-ci illərdə qovulmuşlar. İndi yalnız ermənilər yaşayır.[18]
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербург. 1852.
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.53
- Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.106
- Радлов В.В. Опыт словарья тюркских наречий, т. IV, ч.2, СПб, 1911. s.550
- Mehmed Solak-zadə. Tarix, B., 1992.
- Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s.277
- Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
- Qеybullayеv Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı. 1994.
- Qorqotyan Z. Sovеt Еrmənistanının əhalisi 1831-931-ci illərdə.(еrmənicə). Yеrеvan. 1931.
- Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М.,. 1958.
- Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.591–594
- Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда Ериванской губернии. “Материалы для изучения экономического быта государственных крестьян Закавказского края”. IV. Тифлис. 1886.
- Бартольд В.В. Сочинения. V.
- Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.591
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Солак // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.