Sofulu məhəlləsi (Gəncə)

Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir.

Haqqında

Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.[1]

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.