Sofokl

Sofokl (təq. e.ə. 496[1], Kolon[d][2][3][…]e.ə. 406[1]) — antik yunan dramaturqu. O, üç böyük yunan faciə yazıçılarından biridir. Digərləri Esxil, Evripid olmuşdur. Sofokl e.ə. 496-cı ildə Afina yaxınlığında Kolonda anadan olmuşdur. Varlı bir ailədən olduğu üçün yaxşı təhsil almış və o dövr üçün mühüm olan musiqi sənətinə də yiyələnmişdir. Sofokl dramaturgiya sahəsinə yeniliklər gətirmiş: xoru ixtisar etmiş; aktyorların əhəmiyyətini artırmış; mükəmməl bədii kompozisiya yaratmışdır. Onun 123 əsəri olduğunu deyirlər. Bunlrdan dövrümüzə tam şəkildə 7 pyes çatmışdır: Tiran Edip, Edip Kolonda, Antiqona, Elektra, Ayaks, Filoktet, Traxinya qadınları. Sonralar İz izləyənlər və Proqona adlı əsərlərdən parçalar tapılmışdır.

Sofokl
q.yun. Σοφοκλῆς
Doğum tarixi təq. e.ə. 496[1]
Doğum yeri
Vəfat tarixi e.ə. 406[1]
Vətəndaşlığı
Fəaliyyəti faciə yazıçısı[d], dramaturq, yazıçı
Əsərlərinin dili Qədim yunan dili
Tanınmış əsərləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aforizmlər

  • Şübhə insanı yorur.
  • Dünyanı o qədər çəhrayı görən gözlərin,çox keçmədən,qaranlıqdan başqa bir şey görə bilməyəcək.
  • Bilmirəm.Bilmədiyim mövzularda susmağı üstün tuturam.
  • Ən fəlakətli hadisələrdən uğurlu nəticələr doğa bilər.

İstinadlar

  1. Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. L. C. Sophocles (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 25. P. 424–429.
  3. Archivio Storico Ricordi. 1808.
  4. Biblioteca Virtual Miguel de Cervantes (isp.). 1999.

https://1000kitap.com/yazar/Sophokles/alintilar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.