Sofiko Çiaureli heykəli
Sofiko Çiaurelinin heykəli – Gürcüstan aktrisası Sofiko Çiaurelinin (1937-2008) xatirəsini əbədiləşdirmək üçün Tbilisinin Qədim şəhər rayonundakı Sioni bağında ucaldılmış bürünc heykəllər qrupudur.
Sofiko Çiaureli heykəli | |
---|---|
Ölkə | Gürcüstan |
Yerləşir | Tbilisi |
Heykəltaraş | Levan Vardosanidze |
Tikilib | 2009 |
Material | bürünc |
Saxlanıldığı yer | Sioni bağı |
Tarixi
Heykəltəraş Levan Vardosanidze tərəfindən hazırlanmış heykəlin açılışı 2009-cu ildə olmuşdur. 2014-cü ildə abidə vandalların hücumuna məruz qalmış və bürünc fiqurların bir neçəsi oğurlanmışdır.[1][2][3]
Təsviri
Abidənin mərkəzində yerləşən Çiaurelinin bürünc büstü, aktrisanın “Narın rəngi” (rejissor Sergey Paracanov) filmindəki obrazı əsasında hazırlansa da[4], “Dilək ağacı” filmindən Fufala, “Veri məhəlləsinin melodiyası” filmindən paltaryuyan Vardo, “Həyətdə qızğın it var” tamaşasından küçə uşağı və kintauri rəqqas obrazları ilə tamamlanmışdır.
İstinadlar
- "В Тбилиси осквернен памятник актрисе Софико Чиаурели". 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
- "В Тбилиси разграблен памятник Софико Чиаурели". 2016-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
- "В Тбилиси задержан местный житель, осквернивший памятник Софико Чиаурели". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
- Кадр из фильма Параджанова «Цвет граната»
Ədəbiyyat
- Артём Синцов Грузия пешком. Самые интересные прогулки по Грузии. Москва: Издательство «Эксмо», 2018. 256 с. ISBN 978-5-04-090136-4
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.