Sofi (Səfəvi imperiyası)

Sofi, Sofu və ya SoffiAvropa ölkələrində Səfəvi imperiyasını idarə edən Səfəvi sülaləsindən olan hökmdarlara edilən müraciət forması. Bəzi səbəblərdən Qərb dünyası qədim yunanların bu coğrafiyadan çıxmış Fars imperiyası ilə savaşlarının unudulmamasına görə Səfəvi imperiyasına da Persiya deməklə birlikdə, bəzən Səfəvi hökmdarlarına Sofi də demişdirlər. Bu söz Səfəvi sözünün bir qədər dəyişdirilmiş versiyasıdır və xüsusən I Abbasdan sonra bu cür müraciət forması daha da çoxalmışdır.[1]

I Abbas dövründən bu sözün işlədilməsinə çox rast gəlinməsinə baxmayaraq, hətta sülalənin hakimiyyətinin əsasını qoymuş olan I İsmayıl (1501–1524) dövründə də bu müraciət forması avropalılar tərəfindən işlədilmişdir.[2]

Bu müraciət formasının Avropa ədəbiyyatında görünməmiş formada artması və imperiyasının da belə adlandırılması I Abbasdan və ondan sonra olmuşdur.[1] Uilyam Şekspir "On ikinci gecə" (ingiliscə:Twelfth Night, 1602-ci ildə çap edilmişdir) əsərində də bu müraciət formasından istifadə etmişdir.[1]

Həmçinin bax

İstinadlar

  1. Blow, 2009. səh. xiii
  2. Floor, 2001. səh. 176

Mənbə

  • Blow, David. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend. London, UK: I. B. Tauris & Co. Ltd. 2009. ISBN 978-1-84511-989-8. LCCN 2009464064.
  • Roger M. Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 9780521042512.
  • Willem Floor. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. ISBN 978-1568591353.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.