Sofena
Sofena (yun. Σοφηνή) və ya Sopk (erm. Ծոփք, ur. Tsupa), erkən Bizans dövründə Dördüncü Ermənistan[1] — Kiçik Asiyanın şərqində, tarixi Ermənistanda vilayət. Bu vilayət Fərat və Dəclə çaylarının yuxarı axarında, Ermənistan yaylasının cənub-qərb hissəsində yerləşirdi.
![](../I/Asia_Minor_in_the_early_1st_century_AD_-_general_map_-_provinces%252C_client_states_and_main_settlements_-_bleached_-_English_legend.jpg.webp)
I əsrdə Roma imperiyası.
Tarixi
E.ə. 94-cü ildə Sofenanı II Tiqran Böyük Ermənistana birləşdirmişdir. Vilayətin sahəsi 18890 km2 idi.[2] Arşakuni hakimiyyəti dövründə Sofena kral domeninin bir hissəsi idi, burada yerləşən Bnabel qalasında padşahların xəzinələri saxlanılırdı. Roma imperiyası ilə Sasanilər dövləti arasında 387-ci ildə imzalanan müqaviləsiyə əsasən Ermənistanın bölünməsindən sonra Sofena Roma imperiyasında qalmışdır. Bu vilayət sonradan Bizans imperiyasının tərkibinə keçmişdir.
İstinadlar
- А.Н. Тер-Гевондян // Армения и Арабский халифат // Изд-во АН Армянской ССР, 1977 г. - стр. 153-154- Всего страниц: 321
- Еремян С.Т., Армения согласно "Географии" 7-го века, Ереван, 1963г. (на армянском - Երեմյան Ս.Տ., Հայաստանը ըստ «Աշխարհացոյց»-ի, Երևան, 1963).
Xarici keçidlər
- Карта провинцииArxivləşdirilib 2008-05-09 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.