Sodom və Qomorra
Sodom (ivr. סְדוֹם, Sədom; mənası – «yanan»;[1] yun. Σόδομα) və Qomorra[2] (ivr. עֲמוֹרָה, ʿAmora; mənası – «batan»; yun. Γόμορρα)[lower-alpha 1] — Bibliyada iki şəhər. Bibliyaya görə, onlar sakinlərinin günahlarına, xüsusən də pozğunluğa görə tanrı tərəfindən məhv edilmişdir.[6] Sonrakı Bibliya ənənəsində Sodom və Qomorra tanrının qəzəbinə səbəb olan ən yüksək günahkarlığın təcəssümüdür.[7]
Şəhərlər Sodom beşbucağının bir hissəsi idi və Əhdi-ətiqə görə, Ölü dəniz ətrafında yerləşirdi. Buna baxmayaraq, onların dəqiq yeri məlum deyil. 2021-ci ildə dərc edilmiş araşdırmaya görə, Sodomun dağıdılması əfsanəsi təqribən e.ə. 1650-ci ildə Təl-əl-Hamam (indiki İordaniya) şəhəri üzərində asteroidin partlaması ilə bağlı ola bilər. Bu ərazidə 12–23 meqaton tutumlu asteroidin atmosferdə partladığı və nəticədə diametri təxminən 50 kilometr olan ərazinin duz təbəqəsi ilə örtüldüyü güman edilir. Odur ki, 120-yə yaxın yaşayış məntəqəsi növbəti 600 il tərk edilmiş halda qalmışdır.[8][9] Tədqiqat elmi ictimaiyyət tərəfindən qarışıq rəylərlə qarşılanmışdır.[10]
Sodomun adı Strabonun "Coğrafiya" əsərində, İosif Flavinin "Yəhudilərin qədimliyi" əsərində, Korneli Tasitin yazılarında çəkilir.
Qeydlər
İstinadlar
- Содом // Библейская энциклопедия архимандрита Никифора. — М., 1891—1892.
- Orucov, Telman. "Əxlaq siyasətin girovuna çevrilir". 525-ci qəzet (az.). 17 avqust 2013. səh. 24. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2022.
- Adilov, Musa. Məqalələr (1982-1994-cü illər) (PDF) (az.). X. Bakı: Elm və təhsil. 2020. səh. 306. 2022-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-04.
O, Sodom və Qomora şəhərlərinin əhalisinə peyğəmbər göndərilmişdi.
- İsmayılov, Vüqar. "Kişi kompleksləri - SİYAHI". modern.az (az.). 11 sentyabr 2014. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2022.
Lot İncildə Sodoma və Qomorra şəhərlərinin viran edilməsindən sonra insan nəslini yaşadan şəxs kimi tanınır.
- Babayev, Ülvi. "MÜBARIZ ÖRƏNIN AĞ BULUDLAR ROMANINDA POSTSTRUKTURAL FUNKSIYA VƏ KÖLGƏ ARXETIPI". Vankulu Sosyal Araştırmalar Dergisi (1). 7 dekabr 2011: 73. ISSN 2630-600X. 2020-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
Mübariz Örən Sodom və Homorra qəbiləsinin başına gələn əhvalatı müasir həyata köçürür.
- Greene, Joseph A. Sodom and Gomorrah // Metzger, Bruce Manning; Coogan, Michael D. (redaktorlar ). The Oxford Guide To People And Places Of The Bible. Oxford University Press. 2004. ISBN 978-0-19-517610-0. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
- Содом и Гоморра. // Гуськова А. П., Сотин Б. В. Популярный словарь русского языка: Толково-энциклопедический. — М. : Русский язык-медиа, 2003. — XIV, 72 с. ISBN 5957600075
- "A Tunguska sized airburst destroyed Tall el-Hammam a Middle Bronze Age city in the Jordan Valley near the Dead Sea". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-26.
- "Содом и Гоморру уничтожил взрыв в пару десятков мегатонн". 2021-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- "Здесь звезда не падала: что не так с гипотезой о «содомском метеорите»". N+1. 2021-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.