Socar AQŞ
SOCAR-AQS 2007-ci ildə SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Socar-AQŞ | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Məhdud Məsuliyyətli Cəmiyyət |
Sənaye | Qazma və quyu xidmətləri |
Təsis tarixi | 2007 |
Baş qərargahın yeri | |
socar-aqs.com |
Tarixi
Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.
2017-ci ildə SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, "Qərbi Abşeron" yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Mükafatlar
- 2010-cu ildə Yeni Qazma Texnologiyalarının və yeni İdarəetmə Metodlarının Tətbiqi nominasiyası üzrə Caspian European Club tərəfindən İLİN ŞİRKƏTİ adına layiq görülmüşdür.
- 2011–2013-cü illərdə də Caspian European Club tərəfindən İLİN QAZMA ŞİRKƏTİ mükafatına layiq görülmüşdür
- 2015-ci ildə BP Azərbaycanın yerli müəssisələr arasında elan etdiyi Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi nominasiyası üzrə İLİN ŞİRKƏTİ Mükafatını almışdır.
- "Caspian Business Award — 2016" mükafatına layiq görülərək İLİN QAZMA ŞİRKƏTİ elan edilmişdir.