Soçi FK

"Soçi" (rus. Сочи) — eyniadlı şəhəri təmsil edən Rusiya futbol klubu. 4 iyul 2018-ci ildə qurulub. Ev oyunlarını "Fişt" stadionunda keçirir. 2019-cu ilin iyulundan Rusiya Premyer Liqasında çıxış edir.

Soçi
rus. Сочи
Klubun tam adı " "Soçi" Futbol Klubu" MMC
Ölkə
Yaranma tarixi 6 iyun 2018
Stadionu Fişt Olimpiya Stadionu
Tutumu 44.287
Sahibi Boris Rotenberq
Baş məşqçisi Vladimir Fedotov
Kapitanı Soslan Canayev
Liqa Rusiya Premyer Liqası
2020/21 5-ci yer
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

"Soçi" futbol klubu 4 iyul 2018-ci ildə qurulmuşdur.[1] Klubun yaradılmasından əvvəl "Dinamo Sankt-Peterburq" klubunun Soçi şəhərinə mümkün köçürülməsi ilə bağlı məlumatlar peyda olmuşdur.[2] Bu qərar ona əsaslanırdı ki, Soçi şəhərini təmsil edən peşəkar klub yox idi, halbuki orada futbolun inkişafı üçün əlverişli şərait mövcud idi, eləcə də orada müasir “Fişt” stadionu yerləşirdi. Nəticədə, 2018-ci ilin iyun ayında "Dinamo" faktiki olaraq ləğv olundu və onun oyunçuları və məşqçilər heyəti yeni yaradılmış "Soçi" ilə müqaviləni yenilədilər.[3] Klubun sahibi sahibkar Boris Rotenberq oldu, ilk baş məşqçisi və kapitanı isə Aleksandr ToçilinYevgeni Peseqov oldu. "Soçi"nin turnir yolu Futbol Milli Liqasında dağılmış "Dinamo"nun yerini tutması ilə başladı.

Klub debüt mövsümünə qədər Rusiya, Belarus və Özbəkistan klubları ilə beş yoldaşlıq oyunu keçirdi. Soçililərin ilk rəqibi Özbəkistanın "Olmaliq" klubu oldu, oyun Rusiya təmsilçisinin 1:0 qələbə hesabı ilə bitdi.[4] 2018-ci il futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edən "Fişt" stadionunun hazır olmaması və həmçinin qonaq komandaların fanatlarının yerləşdirilməsinin təşkili və azarkeş axınının bölüşdürməsi ilə bağlı problemlər səbəbindən klub ilk rəsmi oyunlarını Slava Metreveli adına Mərkəzi Stadionda keçirirdi.[5]

17 iyul 2018-ci ildə FML-in 2018/19 mövsümünün açılış oyununda "Soçi" evdə "Spartak Moskva-2"-yə 0:1 hesabı ilə uduzdu.[6] İkinci turda klub rəsmi matçda ilk qələbəsini qazana bildi, o, minimal üstünlüklə "Fakel Voronej"ə qalib gəldi (2:1).[7][8] Üç matçdan ibarət ilk səfər seriyasını məğlubiyyətsiz keçirən "Soçi" yekunda beş xal topladı. Klub xüsusilə qış fasiləsindən sonra uğurla çıxış etdi və hətta FML-in turnir cədvəlində birinci yerdə idi. Lakin “Şinnik”lə heç-heçədən sonra klub yalnız ikinci yerdə qərarlaşdı ki, bu da ona ölkənin ali futbol liqasına vəsiqəni təmin etməyə mane olmadı.

Premyer Liqanın 2019/20 mövsümünün başlamasından bilavasitə əvvəl kluba əvvəlki mövsümdə az oyun təcrübəsi qazanan eyni anda “Zenit”dən bir neçə oyunçu gəldi. Ən yüksək səviyyədə keçirilən ilk matçında "Soçi" Moskvada "Spartak"a uduzdu, yeganə qol əlavə vaxta təsadüf etdi. Klubun Premyer Liqa turniri çərçivəsində ilk qolunu Dmitri Poloz oldu, rəqib "Orenburq" idi. "Soçi" üçün mövsümün başlanğıcı o qədər də uğurlu olmadı, çünki klub ilk qələbəsini yalnız 8-ci turda "Rubin Kazan"a qarşı keçirilən oyunda əldə etdi, səfərdə keçirilən matç 0:3 hesabı ilə bitdi. Bu, Vladimir Fedotovun qış fasiləsində klubun baş məşqçisi postuna gətirlməsinə səbəb oldu.[9]

19 iyun 2020-ci ildə "Rostov" ilə matçda "Soçi" Rusiyanın yüksək futbol liqasında bir rekorda imza atdı, ilk dəfə idi ki, klublardan biri 10 qol vurmağı bacarmışdır; rostovluların bu oyundan əvvəl əsas heyəti oyunçuların bir neçəsində COVID-19 aşkarlandığı üçün karantinə göndərilmişdir, "Soçi" görüşü təxirə salmaqdan imtina etdiyindən oyuna Rostov akademiyasının 2001-2004-cü il təvəllüdlü yetirmələri çıxdı və onlar 1:10 hesabı ilə məğlub oldular. Qarşılaşma güzəştə getmək istəməyən "Soçi" rəhbərliyinə qarşı ictimai etiraza və tənqidə səbəb oldu. Bununla belə, çempionatın sonunda "Soçi" klubunun doqquz oyunçusunda COVID-19 aşkarlandı və komandanın son iki oyunu (29 və 30-cu turlar çərçivəsində) ləğv edildi, Rusiya Futbol İttifaqının Nəzarət və İntizam Komitəsi isə "Soçi"yə 0:3 hesablı texniki məğlubiyyət verdi. Çətinliklərə baxmayaraq, mövsümün sonunda "Soçi" cədvəldə 12-ci pillədə qərarlaşaraq, Premyer Liqadakı yerini qoruyub saxladı.

Növbəti mövsümün yekununda "Soçi" 5-ci yeri tutdu. 22 iyul 2021-ci ildə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanın “Keşlə” klubunu 3:0 hesabı ilə məğlub edən "Soçi" Avropa yarışlarında debüt etdi.[10]

İstinadlar

  1. "ФК "Сочи" начал подготовку к сезону". pfcsochi.ru. 2018-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-16.
  2. "Петербургский футбольный клуб "Динамо" может перебазироваться в Сочи" (rus). ТАСС. 2019-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-08.
  3. "Игрокам и тренерам «Динамо-СПб» предложат новые контракты с ФК «Сочи»". 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  4. "Победа в первом матче в истории!". pfcsochi.ru. 2018-06-21. 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  5. ТАСС. "ФНЛ: для проведения матчей "Сочи" на "Фиште" нужно решить проблему с допуском фанатов". 2017-07-10. 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  6. "Протокол матча «Сочи» — «Спартак-2»". 1fnl.ru. 2018-07-17. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  7. "Протокол матча «Факел» — «Сочи»". 1fnl.ru. 2018-07-22. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  8. "Есть первая победа!". pfcsochi.ru. 2018-07-22. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  9. "Владимир Федотов назначен новым главным тренером ФК «Сочи»". 2019-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  10. "«Сочи» крупно победил «Кешлю» в квалификации Лиги конференций". 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.