Snayper

Snayper (ing. Sniper) - orduda xidmət keçən əsgərə verilən ad. Bu əsgərlərə Snayper tüfəngi ilə xüsusi təlim keçirilir. Snayperlər uzaq məsafədə yerləşən hədəfi vurmaq və ya kiçik ölçülü hədəfləri vurmaq üçün xüsusi ləvazimatlardan istifadə edirlər. Düşmən tərəfindən görünməmək məqsədi ilə snayperlər kamuflyajdan istifadə edirlər. Snayperlər 1 km məsafəyədək dəqiq atəş aça bilir.

İngilis snayperləri

Dünyanın bir çox ölkələrində xüsusi təyinatlı birləşmələrin tərkibində snayper birlikləri mövcuddur.[1] Ovçuluqla məşğul olan şəxslərin snayperlər tərəfindən istifadə olunan vasitələrdən istifadə etməsi geniş yayılmışdır. Snayper sözüdə ilk dəfə ovçular tərəfindən işlədilmişdir. Ovçuların nadir hallarda ovlaya bildiyi snayp quşunu ovlayan ovçular snayper adlandırılmışdır.[2]

İstinadlar

  1. "The Sniper, SWAT Teams Grow In Number". 2012-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-13.
  2. "Online Etymology Dictionary - Snipe". 2015-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-13.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.