Smerç (silah)
9K58 “Smerç” (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ Silahlı Qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smerç qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir.
BM-30 Smerç | |
---|---|
| |
Tipi | Reaktiv yaylım atəş sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1989 - davam edir |
İstismara başlanması | 1989 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Splav dövlət araşdırma və istehsalat müəssisəsi |
Konstruksiya tarixi | 1980-ci illər |
İstehsalçı | Splav dövlət araşdırma və istehsalat müəssisəsi |
İstehsal illəri | 1989 - davam edir |
Xüsusiyyətləri | |
Ağırlığı | 43.7 ton |
Sürət | 60 km/s |
Əsas silah | 9M55 və ya 9M528 raketi |
Uzunluğu | 12 m |
Eni | 3.05 m |
Hündürlüyü | 3.05 m |
Ekipaj | 3 |
Kalibr | 300 mm |
Maksimum məsafə | 850 km |
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusiyyətləri
Maksimum atış məsafəsi: 90–124 km
Maksimum məsafə: 850 km
Lülə sayı: 12
Yenidən doldurulma: 16-20 dəqiqə
Yer dəyişmə: 3 dəqiqə
Salvo atış müddəti: 38 saniyə
Əsas silahı: 9M55 və ya 9M528 raketi
Motoru: V-12 dizel mühərriki
Gücü: 525 at gücü
İstehsalçı firma: Splav (Tula) silah hazırlama zavodu
Tip: Reaktiv yaylım atəş sistemi
İstehsal tarixi: 1987 – davam edir
Xidmətə giriş ili: 1987 – günümüzə
Lülə diametri (Kalibr): 300 mm
Yerdəyişmə vaxtı: 3 dəqiqə
Qalxma bucağı: 0º... +55º
Üfüqi tuşlama bucağı: 30º... +60º
Məhvetmə radiusu: 672.000 m²
Hədəfi vurma dəqiqliyi 0.3% m
Minimal atəş məsafəsi: 20 km
Şassi: MAZ-543M
Uzunluğu: 12.1 m
Eni: 3.05 m
Hündürlüyü: 3.05 m
Təkər formulası: 8x8
Mühərrik: D12A-525A V12 dizel
Maksimal sürət: 60 km/s
Mənzili: 900 km
Heyət üzvü: 4 nəfər
BM-30 “Smerç” reaktiv yaylım atəşi sistemi öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur.
Texniki quruluşu
Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımdır. Tərkibində dörd Smerç sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən (90 km, optimal 70 km) atəş zamanı verilmiş nişandan meyillənməsi 150 m həddindədir.
Smerç sistemi aşağıdakı raketlərdən istifadə edir:
- 9M55F çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Atış məsafəsi 70 km.
- 9M27K 75 ədəd 9N210 parçalanan bombalardan ibarətdir. Atış məsafəsi 70 km.
- 9M27K1 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Atış məsafəsi 70 km.
- 9M27K4 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir. Atış məsafəsi 70 km.
- 9M55K5 646 ədəd parcalanan və tankəleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir. Atış məsafəsi 70 km.
- 9M55S çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Atış məsafəsi 70 km.
1990-cı illərin əvvəlində təkmilləşdirilmiş 9A52M Smerç-M sistemi yaradılır. Bu sistem beş oxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılır. Yeni sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilir. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlir. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə eidir və onun bu məsafədə vurma xətası 170 m həddində idi. 9A52M Smerç-M-də aşağıdakı raketlərdən istifadə edilir:
- 9M528 çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Atış məsafəsi 90 km.
- 9M525 75 ədəd 9N210 parçalanan bobmalardan ibarətdir. Atış məsafəsi 90 km.
- 9M526 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Atış məsafəsi 90 km.
- 9M527 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir. Atış məsafəsi 90 km.
- 9M529 çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Atış məsafəsi 90 km.
- 9M530 75 kq partlayıcı maddəyə malik deşici mərmi başlıqlığından ibarətdir (Bunkerlərdə mübarizə aparmaq üçün). Atış məsafəsi 90 km.
- 9M531 646 ədəd parcalanan və tankəleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir. Atış məsafəsi 90 km.
- 9M534 R-90 modelli kəşfiyyat uçuş aparatından ibarətdir. Bu, döyüşün aparılması və kəşfiyyat üçün tətbiq edilir. Atış məsafəsi 90 km.
Üstün cəhətləri
Çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və gücüdür. Altı ədəd Smerçdən ibarət bir briqananın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.
Çatışmayan cəhətləri
Baha olması (bir ədədin qiyməti 12 milyon dollardır) və lokal konfliktlərdə tətbiqinin çətin olmasıdır.
Variantları
- 9A52 - Standart variant. MAZ-79111-in şassisi üzərində yerləşmişdir.
- 9A52-2 - Modernizasiya variantı. MAZ-543M-in şassisi üzərində yerləşmişdir.
- 9A52-2T - İxrac variantı. Tatra T-816-nın şassisi üzərində yerləşmişdir.[1]
- 9A52-4 - Daha yüngül variant. KamAZ-6350-nin şassisi üzərində yerləşmişdir.
İstifadə olunduğu ölkələr
- Əlcəzair: 18 sistem sifariş edilib (1999-cu ildə).[2]
- Azərbaycan: 30 (12-ədəd 9A52 və 18-ədəd 9K58).[3]
- Ermənistan: 12[4]
- ÇXR: Sayı məlum deyil. Rusiya lisenziyasına əsasən A-100 adı altında istehsal olunur.
- Hindistan: 38 sistem 2008-ci ildə göndərilib. Sonra daha 24 sistemin göndərilməsi nəzərədə tutulur.
- Küveyt: 27 sistem 1996-cı ildən istifadədədir.
- Rusiya: 106 sistem aktiv xidmətdə, yerdə qalanları isə ehtiyatdadır.[5]
- Türkmənistan: 6 sistem sifariş edilib (2008-ci ildə).
- BƏƏ: 18
- Ukrayna: 80[6]
- Belarus: 48[7]
- Venesuela: 12[8]
Döyüşlərdə istifadə olunması
İlk dəfə 2014-cü ildə iki döyüş zonasında tətbiqi təsdiqlənmişdir.[9] Suriya Silahlı Qüvvələri ilk dəfə 2014-cü ildə Suriya vətəndaş müharibəsində qiyamçılara qarşı istifadə etmişdir.[10]
Həmçinin elə həmin ildə Ukraynada hökumət qüvvələri tərəfindən Donbass müharibəsi ərzində Donetsk və Luqansk şəhərlərində rus yönümlü separatçılara qarşı istifadə olunmuşdur.[11][12]
Bəzi mənbələrdə rus yönümlü separatçılar tərəfindən də istifadə olunduğuna dair məlumatlar var.[13] Rusiya Quru Qoşunları tərəfindən 2015-ci ilin oktyabrında Suriya ərazisində istifadə olunmuşdur.[14]
Qarabağ döyüşləri (2020) - 2020-ci ilin dörd oktyabr tarixində qondarma erməni silahlı qüvvələri Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərində mülki obyektləri və dinc əhalini raket atəşinə tutmuşdur.
2-ci Qarabağ müharibəsi - 2020-ci ilin 28 Oktyabr tarixində erməni silahlı qüvvələri tərəfindən növbəti dəfə mülki əhali hədəf alındı. Bu dəfə ermənilər Bərdə şəhərinin mərkəzinə Smerç kasetli bombası atdılar. Nəticədə mülki əhalidən 21 nəfər həlak olub, 70-dən artıq şəxs isə yaralanıb.
Ümumi xüsusiyyətləri
- Daşıyıcı maşın: MAZ-543M və ya MAZ-79111
- Yerdəyişmə vaxtı: 3 dəqiqə
- Atəş tezliyi: 38 saniyədə 12 raket
- Yenidən silahlanma vaxtı: 20 dəqiqə
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2011-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- "Arxivlənmiş surət". 2016-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Arxivlənmiş surət". 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Армения покажет «Смерчи» на параде по случаю Дня независимости". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
- "Arxivlənmiş surət". 2015-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Arxivlənmiş surət". 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Arxivlənmiş surət". 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Arxivlənmiş surət". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- "Arxivlənmiş surət". 2015-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Arxivlənmiş surət". 2014-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Arxivlənmiş surət". 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
- "[1152] Makeevka: Smerch". Bellingcat Vehicles. 22 yanvar 2015. 2015-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
- "Arxivlənmiş surət". 2015-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.