Smartbuk

Smartbuk (ing. Smartbook) — 2009 – 2010-cu illər arasında istehsal edilmiş həm smartfonun, həm də netbuk kompüterinin müəyyən xüsusiyyətlərini özündə birləşdirən mobil cihaz sinfi.[1] Smartbuklar noutbuk və ya planşet tipli korpusda daim aktiv, bütün gün davam edən batareya ömrü, 3G, ya da Wi-Fi bağlantısı və GPS (adətən smartfonlarda olur) kimi xüsusiyyətlərlə reklam olunurdu. Onların 5– 10 düym ekran ölçüsü, fiziki və ya yumşaq toxunma ekranlı klaviaturası var idi.[2]

1 GHz "Snapdragon" ARM CPU ilə "Wistron Pursebook" (aprel 2009).

Bir Almaniya şirkəti "Smartbook" brendi altında notbuklar satırdı və bir çox ölkələrdə (ABŞ, Çin, Yaponiya və ya Hindistan kimi bəzi böyük bazarlar daxil olmamaq şərtilə) sözün ticarət nişanına sahib idi. Bu, başqalarının məhsullarını təsvir etmək üçün smartbuk terminindən istifadə etməsinə mane olmaq üçün hərəkət etmişdir.[3][4]

Smartbuklar məhsuldarlıqdan daha çox əyləncə məqsədləri üçün nəzərdə tutulmuşdur və adətən onlayn proqramlarla işləmək üçün nəzərdə tutulmuşdur.[5] Onların simsiz məlumat planı ilə birlikdə mobil telefonlar kimi mobil şəbəkə operatorları vasitəsilə subsidiya ilə satılacağı proqnozlaşdırılırdı.[6]

AndroidiPad kimi daha populyar planşetlərin meydana gəlməsi, adi masaüstü kompüterlərin və notbukların populyarlığı səbəbilə smartbuk gündəmdən düşmüşdür.[7]

Tarixi

Smartbuk konsepsiyası "Qualcomm" tərəfindən 2009-cu ilin may ayında "Snapdragon" texnologiyasının marketinqi zamanı xatırlanmışdır və məhsulların həmin ilin sonunda satışa çıxarılması gözlənilirdi.[8] Əsas proqram təminatının (xüsusən "Adobe"nin xüsusi "Flash Player"inin) ARM arxitekturasına uyğunlaşdırılmasında çətinliklərin yaşanması[9] buraxılışları 2010-cu ilin birinci rübünə qədər təxirə salmışdı.[10]

Smartbuklar adətən masaüstü kompüterlərdə olan ənənəvi prosessorlardan daha çox enerjiyə qənaət edən prosessorlarla təchiz edilmişdilər.[1] İlk smartbukların Linux əməliyyat sisteminin variantlarından, məsələn, "Google"un Android və ya "ChromeOS" əməliyyat sistemlərindən istifadə edəcəyi gözlənilirdi. ARM prosessoru onlara x86 prosessorlarından istifadə edən daha böyük cihazlarla müqayisədə daha uzun batareya ömrü əldə etməyə imkan vermişdi.[8][9] 2010-cu ilin fevralında "ABI Research" 2015-ci ildə 163 milyon smartbookun tədarük ediləcəyini proqnozlaşdırmışdı.[11]

Bir çox ölkələrdə "Smartbook" sözü "Smartbook AG" tərəfindən qeydə alınmış ticarət nişanı olmuşdu.[12][13] 2009-cu ilin avqustunda Almaniya məhkəməsi "Smartbook AG"dən bəhs edilmədiyi halda "Qualcomm"un Almaniyadan "Smartbook" sözünü ehtiva edən bütün veb səhifələrinə girişi bloklamağa qərar vermişdi.[14] "Smartbook AG" ticarət markasını qorumuşdur.[4][15] 2010-cu ilin fevralında çıxarılan qərar "Lenovo"nun bu termindən istifadə etməsinə mane olmuşdu.[16]

2010-cu ilin sonunda "Qualcomm"un icraçı direktoru Pol Ceykobs etiraf etmişdi ki, iPad kimi planşet kompüterlər artıq smartbukların yerini tutmuşdular. Onlar bu səbəbdən bu adı ləğv etmişdilər.[7]

Həmçinin bax

İstinadlar

  1. Scott Stein. "CES: What, exactly, is a smartbook? Highlights from the show floor". CNET Networks. January 10, 2010. September 11, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2011.
  2. A related smartbook definition is given by Freescale. http://smartmobiledevices.wordpress.com/2009/07/23/smartbook-vs-netbook/ Arxivləşdirilib 2020-03-04 at the Wayback Machine
  3. David Adams. "Publishers Caught in Smartbook Dispute". OSnews blog. December 16, 2009. June 22, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2011.
  4. "Smartbook AG". web site. February 11, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2011.
  5. Schofield, Jack. "The smartbook has been waiting 28 years to be the next best thing". The Guardian. London. 2009-07-29. 2011-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-23.
  6. Wired Gaget Lab blog.
  7. Chris Davies. "Tablets killed Smartbooks says Qualcomm CEO". Slashgear blog. September 8, 2010. April 25, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2011.
  8. John Walke. "Qualcomm touts the smartbook to rival netbooks, smartphones". EE Times. May 29, 2009. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2011.
  9. Don Clark. "'Smartbooks' Latest to Join Crowded Computer Market". The Wall Street Journal. 2009-12-29. 2013-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-20.
  10. "Smart book Roll out in the 1Q of Next Year". etnews.co.kr. 28 December 2009. 14 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2017.
  11. "163 Million Smartbooks Expected to Ship in 2015". News release. ABI Research. February 22, 2010. May 3, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2011.
  12. International Mark – (1015854) smartbook
  13. "Schreiben vom Anwalt: Ich darf das Wort "Smartbook" nicht mehr benutzen - YuccaTree Post +". yuccatree.de. 28 August 2009. 16 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2017.
  14. "Marken-Ärger ums Smartbook". Heise mobil. August 31, 2009. June 12, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2011. (German)
  15. Elizabeth Woyke. "Qualcomm's Smartbook Dispute". Forbes. November 17, 2009. January 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2011.
  16. Agam Shah. "German Court Orders Lenovo to Stop Using 'smartbook'". PC World. February 11, 2010. April 13, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 5, 2011.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.