Slovakiya Milli Bankı

Slovakiya Milli Bankı (slovak. Národná banka Slovenska) və ya qısaca NBSSlovakiya Respublikasının mərkəzi bankı; hansı ki, bu ölkə Avropa İttifaqınınAvropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Bankın əsas mərkəzi Bratislava şəhərində yerləşir. Rəhbəri Yozef Makuxdur. Slovak korunasının banknotmetal pullarının yeganə istehsalçısı olmuşdur. Hökumətin pulkredit siyasətindən məsuldur.

Slovakiya Milli Bankı
Əsas mərkəzi
Yerləşməsi
48°09′06″ şm. e. 17°06′51″ ş. u.
Ölkə
Ünvan Bratislava
Slovakiya Slovakiya
Ümumi məlumatlar
Yaranma tarixi 1 yanvar 1993
Digər məlumatlar
Saytı nbs.sk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Slovakiya Milli Bankının əsası 1 yanvar 1993-cü ildə qoyulmuşdur. Həmin vaxt Çexoslovakiya Dövlət Bankı 2 yerə ayrılmışdır ki, onlardan biri Çex Milli Bankı, digəri isə Slovakiya Milli Bankı idi.

1 yanvar 2009-cu ildən Avrosistemə üzvdür.

Fəaliyyəti

9 regional filialı var və Slovakiyadakı bütün banklardan üstündür. Slovakiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Slovakiyanı beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.

Kremnitsa sikkə və medal muzeyi

Bankın Kremnitsada sikkə və medal muzeyi var. Slovakiya ən qədim muzeylərindən biri olan həmin muzey 1890-cı ildə yaradılıb və 1994-cü ildən Slovakiya Milli Bankına aiddir.

Rəhbərləri

Bankın hazırkı rəhbəri olan Yozef Makux bu vəzifəni 12 yanvar 2010-cu ildən daşıyır[1]. Slovakiya Milli Bankının bütün rəhbərləri aşağıdakılar olmuşdur:

  • Vladimir Mazar (29 iyul 1993 – 28 iyul 1999)
  • Marian Yusko (29 iyul 1999 – 31 dekabr 2004)
  • İvan Şramko (1 yanvar 2005 – 11 yanvar 2010)
  • Yozef Makux (12 yanvar 2010-cu ildən)

Binası

Slovakiya Milli Bankının baş ofis binasının açılışı 23 may 2002-ci ildə Bratislavada olmuşdur. 111,6 metr hündürlüyü olan bina 33 mərtəbədən ibarətdir. Bu hazırda Bratislavanın ən hündür binasıdır.

Həmçinin bax

İstinadlar

  1. Jozef Makúch Arxivləşdirilib 2011-05-10 at the Wayback Machine Národná banka Slovenska

Xarici keçidlər

  • nbs.sk — Slovakiya Milli Bankının rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.