Slutski düsturu

Slutski düsturu (ing. Slutsky equation) mikroiqtisadiyyatda istehlakçının seçiminə təsir göstərən və qiymətlərin dəyişməsi ilə bağlı sərvət və əvəz etmə effektlərini izah edir. Başqa sözlərlə, o, Marşal tələbindəHiks tələbində qiymət üzrə baş verən dəyişiklikləri əlaqələndirir. Yevgeni Slutski (rus. Евгений Слуцкий) (1880–1948) şərəfinə adlandırılmışdır.

  • Əvəzetmə effekti iki məhsul bir-birini əvəz etmə qabiliyyətinin dəyişməsi deməkdir. Misal üçün, əgər bir normal məhsula qiymət qalxsa, ona tələb düşəcək, və eyni zamanda onu əvəz edə bilən məhsula tələb artacaq.
  • Sərvət(gəlir) effekti səbəbi qiymətin artması və ya azalması olan istehlakçının alıcılıq qabiliyyətinin dəyişməsi deməkdir. Əgər məhsula qiymət düşsə, istehlakçı bu məhsuldan daha çox almaq istəyə bilər, və tələb artacaq.

Slutski matrisasının hər bir elementi (çünki söhbət sayı ikidən çox olan məhsullardan gedə bilər) aşağıdaki kimi ifadə olunur:

burada Hiks tələbidir Marşal tələbidir, p qiymətlərdir, w sərvətdir, və u fayda deməkdir. Düsturun sağ hissədə birinci üzvü əvəz etmə effektini ifadə edir, ikincisi isə sərvət effektini.[1]

İstinadlar

  1. Nicholson, W. 2005. Microeconomic Theory. 10th edn. Mason, Ohio. Thomson Higher Education.
  • Р. М. Нуреев, (2002), Курс микроэкономики, стр. 135, Норма, Москва
  • Л. С. Тарасевич, П.И. Гребенников, А.И. Леусский (2006), стр. 68, Микроэкономика, Юрайт, Москва
  • H. Varian, (1992), Microeconomic Analysis, p. 119, Norton, ISBN 0-393-95735-7
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.