Skott-Kelti adası

Skott-Kelti adasıFrans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 64 metrdir. Quker adasında yerləşən Sedov burnundan 2.5 km qərbdə yerləşir. Ondan Millenius boğazı ilə ayrılır.

Skott-Kelti adası
rus. Остров Скотт-Келти
Ümumi məlumatlar
Hündür nöqtəsi 64 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°20′26″ şm. e. 52°23′36″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Skott-Kelti adası xəritədə
Skott-Kelti adası
Skott-Kelti adası

Təsviri

Ada uzunsov formaya malikdir. Onun uzunluğu 7,5 km, eni isə mərkəzi hissədə 4 km-dir. Adanın böyük hissəsi buzla örtülüdür. Burada uzunluqları 3,5 və 2 km olan iki axar vardır. Şərqində 1, qərbində isə 2 kiçik gölə sahibdir.

Yaxınlığında yerləşən adalar

  • Myortvıy Tyulen adası — Arxipelaqın mərkəzində, Skott-Kelti adasından 1.5 km şimalda yerləşir. Adanın uzunluğu 250 metrdir. Adada yüksəklik yoxdur.
  • Zub adası — Arxipelaqın qərbində, Britan kanalı boğazının akvatoriyasında yerləşir. Ona ən yaxın ada olan Skott-Kelti adasından 12 km şərqdə, Quker adası isə ondan 14 km cənub-şərqdə yerləşir.

Tarixi

Skott-Kelti adası Quker adası ilə birlikdə 1879-ci ildə qütb araşdırmaçıdı De Bryuynenin ekspedisiyası tərəfindən «Villim Barens» gəmisində kəşf edilir. Gəminin komandası Barens dənizində hidroloji işlər aparır. Ada şotland əsilli coğrafiyaçı Con Skott Keltinin şərəfinə adlandırılmışdır.

Xəritə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.