Siyenit
Siyenit — əsasən qələvi çöl şpatları, bir, yaxud bir neçə rəngli minerallardan (xüsusən amfiboldan) ibarət kvarssız, tam kristallaşmış intruziv süxur. Adətən tərkibində az miqdarda plagioklaz (oliqoklaz, andezin) olur. Tərkibində plagioklaz olmadıqda və az miqdarda qələvi rəngli mineral iştirak etdikdə süxur qələvi siyenit, nefelin olanda nefelinli, kvars olanda isə kvarslı siyenit adlanır. Əgər plagioklazın miqdarı qələvi çöl şpatlarına (ortoklaz və b.) nisbətən çox olursa, süxur siyenit-dioritdən dioritə və monsonitdən qabbroya keçir (plagioklazın əsasiliyindən asılı olaraq). Rəngli mineralların miqdarı artdıqca normal siyenit əvvəlcə melanokrat siyenitə sonra isə şoşonitə keçir. Mineroloji tərkibindən asılı olaraq analsimli, libneritli və b. növlərə ayrılır.
Siyenit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.