Siyaqut
Siyaqut — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, rayon mərkəzindən 10 km cənub şərqdə, Bakı-Şərur dəmir yolundan 3 km aralı, Şərur düzündə yerləşən kənd.[1]
Kənd | |
Siyaqut | |
---|---|
Siyaqut | |
45°01′24″ şm. e. 39°32′16″ ş. u. | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şərur rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 819 m |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhalisi | 1.687 nəfər (2009) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 036 542 |
Poçt indeksi | AZ 6830 |
|
Haqqında
Kəndin əhalisi əsasən meyvəçilik, tərəvəzçilik və çuğundurçuluqla məşğuldur. Kənddə orta məktəb, iki kitabxana, klub, tibb məntəqəsi, məscid, istirahət parkı və mədəniyyət mərkəzi mövcuddur. Güllüklər, Qaraxallı, Kalafalar kimi tarixi məhəllələri var.[2]
Toponimikası
Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Siyaqut kəndindən köçüb gəlmiş azərbaycanlı ailələr tərəfindən salınmışdır. Oykonim İran dillərindəki siya (qara) və qut (qala) komponentlərindən düzəlib "qara qala" mənasındadır.[3]
Əhalisi
2009-cu ildə keçirilmiş əhalinin siyahıyalınmasında kəndin əhalisi 1687 nəfər göstərilir.[4]
Tanınmışları
- Seyfəddin Qurbanov — azərbaycanlı heykəltaraş, memar, Ukraynanın Xalq Rəssamı.
- Budaq Təhməz — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair.
İstinadlar
- Naxçıvan Ensiklopediyası (PDF). Bakı: AMEA. 2002. səh. 516. ISBN 5-8066-1468-9.
- Adil Bağırov. Naxçıvanın urbanonimləri (PDF). Bakı: ADPU-nun nəşri. 2014. səh. 146-149.
- AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb nəşriyyatı. 2007. səh. 192. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Bakı. 2010. səh. 629.