Sixote-Alin

Sixote-Alin — Rusiyanın Uzaq Şərqindəki XabarovskPrimorsk ərazilərində, qərbdə Amur hövzəsinin və şərqdə Yapon dənizi, Tatar boğazı çayları üçün su ayrıcı funksiyası oynayan Mezozoy qatlama zonasının vulkanik sahəsi. Dağlar cənub Primorskdan (Naxodka), Xabarovsk diyarının şimalındakı Amur çayının mənsəbinə (Nikolayevsk-na-Amure) qədər uzanır.

Sixote-Alin
Сихотэ-Алин
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.090 m
Uzunluğu ~1200 km
Eni ~250 km
Hündür nöqtəsi Tordoki Yani
Yaranma dövrü Təbaşir dövrü
Yerləşməsi
45°19′59″ şm. e. 136°10′01″ ş. u.
Ölkə  Rusiya
Sixote-Alin xəritədə
Sixote-Alin
Sixote-Alin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sixote-Alin dağlarında Anyuy Milli Parkı, Botniç Dövlət Təbiət Qoruğu, Lazovski adına Dövlət Təbiət Qoruğu və Sıxote-Alin Dövlət Biosfer Qoruğuda daxil olmaqla bir neçə böyük qoruq zonaları mövcuddur[1].

Fauna və flora

Sixote-Alinin bitki örtüyü müxtəlifdir: bu dağlıq vilayətin cənub və mərkəzi hissəsi təxminən 500 m yüksəkliklərə qədər iynəyarpaqlı-enliyarpaqlı meşələrlə örtülüdür. Şimal hissəsində Ayan küknarıAğqabıq ağ şam ağacları ilə zəngin olan meşələrdən ibarətdir. Yüksək Yüksəkl dağlıq ərazilərdə dağ tundrası qeydə alınır. Dağların düzənliklərində otlar 3,5 m hündürlüyə çata bilər.

Sixote-Alinin ətəkləri endemik canlılarla zəngindir: Uzaq Şərq bəbiri.

Son bir neçə onillikdə meşə mütəxəssisləri Sixote-Alin meşələrinin quruduğunu qeydə alırlar. Bunun bir neçə səbəbi var: viral xəstəliklər nəticəsində ağacın zədələnməsi, yeraltı su rejiminin dəyişməsi. Ancaq bu fenomenin əsas səbəbi qlobal iqlim dəyişikliyi hesab edilməlidir[2].

İqlimi

Şərq yamaclarında qış iqlimi olduqca mülayim və qarlıdır, bu Yapon dənizindən siklonların tez-tez daxil olması ilə müəyyən edilir. Qərb yamaclarında iqlim daha kəskin kontinental və az qarlıdır. Yanvar ayının ortalama gündəlik temperaturu cənub-şərqdə −8 °C, mərkəzi və şimal bölgələrində −15 … −22 °C-dir. Bununla birlikdə Sixote-Alinin mərkəzi və şimal hissəsindəki dağlarda gecə temperatur −45 dərəcədən aşağı düşə bilər.

Cənub bölgələrində qar 4–5 ay, dekabrdan aprel ayına qədər, şimal bölgələrdə isə oktyabrın əvvəlindən mayın sonuna qədər, yəni səkkiz aya yaxındır. Qış dövründə yağıntının paylanması qeyri-bərabərdir — mart ayında maksimum qar müşahidə olunur. Qış dövründə bütün şərq yamacında (sahil) bol qar yağır, intensiv qar fırtınaları müşahidə olunur. İl ərzində yağıntının miqdarı böyük olsa da (800–1000 mm-ə qədər), əksəriyyəti yaz-yay dövründə düşür.

Primorskın cənub bölgələri istisna olmaqla ümumiyyətlə iqlim insanlar üçün olduqca ağırdır.

Uçqun təhlükəsi olan ərazilərin əksəriyyətində, həcmi 10 min m³-dən az olan uçqunlara rast gəlinir. Yalnız Sİxote-Alinin mərkəzi hissəsinin silsilə hissələrində 30–50 min m³-ə çatması mümkündür.

Araşdırma

1900-cü və 1920-ci illərdə Sixote-Alin V. Arsenyevin (1906, 1907, 1908–1910, 1927) bir neçə ekspedisiyasının obyekti olmuşdur.

1902–1910-cu illərdəki bir sıra ekspedisiyaların nəticələrinə görə əvvəllər coğrafi xəritədə "ağ ləkə" sayılan Sixote-Alin dağ bölgəsi araşdırılmışdır. V. Arsenyev "Böyük meşə" olaraq təyin etdiyi Sixote-Alin dağ meşələrinin bənzərsizliyini, müxtəlifliyini və mozaika xüsusiyyətini qeyd edir.

1971-ci ildə Ümumrusiya Üzümçülük və Şərabçılıq İnstitutu "Sıxote-Alində yabanı üzüm üçün Tayqya" adlı elmi ekspedisiya təşkil etdi (15 sentyabr — 5 oktyabr 1971). Ekspedisiyanın rəhbəri H. Anxin idi.

2001-ci ildə Sixote-Alin Qoruğu təbii bir yer kimi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi və bununla da Rusiyada on dördüncü Ümumdünya irsi oldu.

Qalereya

İstinadlar

  1. Сихотэ-Алинь / С. С. Воскресенский // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  2. "А. В. Галанин, А. В. Беликович Сихотэ-Алинская ботанико-географическая подобласть". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.