Sitqlogge

Sitqlogge (alm. Zytglogge IPA: [ˈtsi(t)ˌklɔkə]; və ya Tsaytqlokkenturm alm. Zeitglockenturm) — İsveçrənin Bern şəhərinin mərkəzində yerləşən ən mühüm orta əsr qüllələrindən biridir. XIII əsrdə tikilmiş qüllə, gözətçi binası, həbsxana, şəhər həyatının mərkəzində yerləşən saat qülləsi və cəmiyyətin xatirəsi olaraq xidmət göstərmişdi.

Sitqlogge
Zytglogge
46°56′53″ şm. e. 7°26′52″ ş. u.
Ölkə  İsveçrə
Şəhər Bern
Yerləşir Bern
Tikilmə tarixi 12181220
Üslubu roman memarlığı
Hündürlüyü 54,5 m
Rəsmi adı: Old City of Berne
TipiMədəni
Kriteriyaiii
Təyin edilib1983
İstinad nöm.267
Dövlətİsveçrə
RegionAvropa
İsveçrənin Milli Mədəni İrsi
İstinad nöm.665
Sitqlogge (İsveçrə)
Sitqlogge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mövcud olduğu 800 il ərzində bir çox təmir və yenidənqurma işlərinə məruz qalmasına baxmayaraq, Sitqlogge özünün XV əsrdə hazırlanmış astronomik saatı ilə böyük turist axınına səbəb olmuş və Bern şəhərinin ən tanınan simvollarından birinə çevrilmişdi. 1983-cü ildə Sitqlogge Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.

Tarix

Sitqlogge 1900-cü ildə.
Bern 1638-ci ildə özünün orta əsrlərə aid üç gözətçi qüllələri ilə diqqəti cəlb edirdi, soldan sağa: Kristoffelturm, Kefiqturm, Sitqlogge(Bütöv xəritəyə bax).

1218-20-ci illər arasında inşa edilən zaman[1], Sitqlogge Bernin qərb istehkamlarının darvaza qalası kimi xidmət etmişdir. Qüllənin tikinti işləri şəhərin Müqəddəs Roma imperiyasından de facto müstəqilliyini qazandıqdan və şəhərin ümumilikdə qərb hissəsinə genişləndirilməsindən sonra başlamışdır. O zamanlar Sitqloggenin alçaq boylu bir bina idi (onun hündürlüyü 16 metr (52 ft) təşkil edirdi). İstehkamların Kefiqturma qədər genişləndirilməsi və şəhərin 1270-75-ci illərdə sürətli artımı nəticəsində qülləyə ikincidərəcəli status verilmişdir. Bunu kompensasiya etmək üçün qüllənin hündürlüyü artırılmış və ətrafda yerləşən binaların təməl hissələri gücləndirilmişdir[1].

Şəhərin sərhədləri 1344-46-cı illərdə yenidən qərb istiqamətində, hazırda dağılmış Kristoffelturma qədər genişləndirilmişdir və bu dövrdə qüllədə "Pfaffendirnen" adı ilə tanınan qadın həbsxanası yerləşirdi[2]. Burada ruhanilərlə cinsi əlaqədə məhkum olmuş qadınlar saxlanılırdı. Elə bu dövrdə bina özünün ilk əyilmiş damını əldə etmişdir[3].

1405-ci ildə baş vermiş böyük yanğın zamanı qüllə tamamilə yanır. Bunun nəticəsində qülləyə hərtərəfli təmir tələb edən ağır strukturlu ziyan vurulmuşdur və onun sonrakı bərpa işləri 1989-cu ilin sonunadək tamamlanmırdı. XV əsrdə həbsxana kameraları ləğv edilmiş[4] və ehtimala görə məhz bu dövrdə siferblatlar, o cümlədən musiqi mexanizmləri ilə təchiz olunmuş sadə astronomik saat ilk dəfə qüllə qapılarının yuxarısına quraşdırılmışdı[5]. Bu saatlar 1405-ci ildə tökülmüş böyük zəng ilə birlikdə, qülləyə onun Bern ləhçəsindəki hazırkı adını bəxş etmişdir[4].

XV əsrin sonunda Sitqlogge və Bernin digər qüllələri genişləndirilərək Burqund romantik moda üslubunda bəzədilmişdi. Sitqlogge məhz o dövrdə yeni fənər əldə etdi; onun hər küncündə dekorativ toverlet, heraldik bəzək elementləri və pilləkənlər əlavə olunmuşdu. Astronomik saat özünün hazırkı görünüşünü qazanmışdı[6]. 1527-30-ci ildə saat mexanizmi Kaspar Brunner tərəfindən tamamilə yenidən bərpa edilmiş, açılan giriş qapıları isə ağır texnikanın təhlükəsizliyini təmin etmək üçün bərkidilmişdir[7].

Qotthard Rinqqli və Kaspar Haldenştaynn Sitqloggenin fasadını rəngləyərək qüllənin şərq və qərb fasadlarında üstünlük təşkil edən böyük saatları quraşdırmışdırlar; beləliklə qüllənin xarici görünüşündə nəzərəçarpacaq dərəcədə dəyişiklik baş vermişdi[7]. Künc toverletlər 1603-cü ildə sökülmüşdür[6]. 1770-71-ci illərdə Sitqlogge Niklaus Hebler və Lüdviq Emanuel Tsender tərəfindən son barok zövqünə uyğun olaraq yenidən təmir edilmişdi. Onlar tərtib etdikləri yeni sxemə uyğun olaraq, qüllənin strukturunu yeniləyirlər[8].

Sitqloggenin fasadı 1890-cı ildə memar Rudolf fon Ştayger tərəfindən yenidən rənglənir. 1981-83-cü ildə Sitqlogge hərtərəfli yenidən təmir olunur və ona ümumən 1770-ci ilin görünüşü qaytarılır[9]. Advent mövsümündə, Pasxa bayramı ərəfəsində, həmçinin oktyabr ayının sonunda şəhər toranlığa gərg olarkən Sitqlogge əsrarəngiz şəkildə illüminasiya olunur[10].

Tikilinin adı

Alman dilinin Bern ləhcəsində Zytglogge ifadəsi standart almancaya tərcümə etdikdə Zeitglocke - yəni "saat zəngi" mənasını verir. Əlaqədar termin olan "Glockenspiel" kimi, Alman dilində Glocke zəng mənasını mənasını verir. "Zaman zəngi" olaraq tanınan bu saat kiçik melodik zəng çalırdı və çəkiclə qoşularaq saat mexanizmlərindən ibarət erkən ictimai xronometraj cihazlarının bir növü idi[11]. Bu cür cihaz həmçinin Berndəki Veldenştaynda (Löytkirxanın qülləsinə) quraşdırılmışdı 1383-cü ildə Münster onu daha yenisi ilə əvəz etdi[11].

Sitqlogge (Zytglogge) adı ilk dəfə 1413-cü ildə qeydə alınıb[12]. Əvvəllər qüllə kebie ("qəfəs", yəni həbsxana) kimi adlandırılırdı və 1405-ci ildə yenidənqurma işlərindən sonra onun adı nüwer Turm ("yeni qüllə") ilə əvəz olunmuşdu[13].

Eksteryer

Xarici quruluş

Tarixi Kramqasse küçəsi, Seringer fəvvarəsi və Sitqlogge.
Detal: Qızılı Jakmar (və ya cəngavər Hans fon Tann) və zəngli saat.

Sitqloggenin ümumi hündürlüyü 54.5 metr (179 ft), damın qıraq hissəsinə kimi isə 24 metr (79 ft) təşkil edir. Bundan başqa onun düzbucaqlı mərtəbə planı 11.2x10.75 metrlə ölçülür. Qüllənin möhkəm divarları bir-birindən fərqlənir; qərb hissəsi şəhər divarlarının bir parçası olduğundan 260 sm, şərq hissəsi isə sadəcə 65 sm təşkil olunur[14].

Sitqlogge özünün hazırkı xarici görünüşünü 1770-ci ildə baş vermiş renovasiya və rekonstruksiya işlərindən sonra qazanmışdı. Yalnız damın aşağısında yerləşən qotik üslublu karniz və kiçik pilləkənlər qüllənin keçmiş tarixini özündə təcəssüm edən artefaktlardan sayılır[14].

Qüllənin əsas hissəsi iki mərtəbəli postamentə ayrılır; fasad divarları alp əhəngdaşından, üç mərtəbəli şaxta isə qumdaşı materialından hazırlanmışdı. Gözəçarpan böyük künc şaxtalar əslində dəmir qarmaqlar ilə bərkidilmiş dekorativ qurğular sayılır[15]. Damın aşağısında yerləşən karniz əvvəlki toverlet və bazaları əhatə edir. İki mərtəbəli çardağın üstünü geniş həcmli, qırmızı kirəmitlə bəzədilmiş və son qotika üslubuna aid zərif şpil örtür.

Qüllənin şpil hissəsinə keçid nöqtəsində 1983-cü ildə bərpa olunmuş şam qozasına bənzər düyməciklər və dekorativ urnlar quraşdırılıb[16]. Qüllənin şpili taxta materiallardan hazırlanıb və üstü mis ilə örtülüb. Onun ən hündür nöqtəsini qızıl suyuna çəkilmiş və Bern şəhərinin gerbini özündə əks etdirən flüger bəzəyir[16].

Zəng və zəngçalan

Özündə eyni adı daşıyan iki bürünc zəng qüllənin üst hissəsində, yəni günbəzin içərisində yerləşdirilmişdi.

Yohann Reber tərəfindən hazırlanmış böyük saat zəngi, 1405-ci ildə qüllənin yenidən qurulmasından bəri dəyişməz olaraq öz yerində qalmışdır. Onun diametri 127 santimetr, çəkisi 1400 kiloqramdır. Zəngin üzərindəki latın yazısı, onun 1405-ci ilin oktyabr ayında, Aaraulu usta Yohann Reber tərəfindən hazırlandığını təsdiqləyir.

Saatların üzü və fasad bəzəkləri

Qərb divarındakı siferblat.
Şərq divarında quraşdırılmış siferblat.

Qüllənin həm əsas fasadı, həm də onun şərq və qərb hissəsində massiv saat simaları üstünlük təşkil edir. Sitqloggenin ilk siferblatı ehtimalla bir postament üzərində yerləşirdi, lakin XV əsrdə qüllənin yenidən konfiqurasiyası zamanı şaxtanın mərkəzinə köçürülmüşdür[17]. Şərq hissəsində yerləşən siferblat xarici halqa ilə əhatə olunub və böyük qızıl suyuna çəkilmiş əl rum rəqəmlərinə, kiçik əl isə böyük dairənin içərisinə yerləşdirilmiş daha kiçik dairədəki dəqiqələrə işarə edir. Qızıl günəş siferblatın mərkəzi hissəsinə quraşdırılıb[18]. Siferblatın aşağısında şəhərin əsasını qoymuş Seringen sülaləsindən olan V Berxtoldun idealizə edilmiş profilini görmək olar. Siferblatın bədii tərtibat işlərinin bir neçə bərpa işlərindən sonra dəyişməsinə baxmayaraq (sonuncu bərpa işləri 1970-ci ildən sonra həyata keçirilmişdi), onun yaranması adətən 1770-ci ilə aid edilir. Qərb siferblatında da analoji olaraq qızıl əllər quraşdırılıb; onun üzərində Viktor Sörbekin 1929-cu ilə aid "Zamanın başlanğıcı" adlı fresk ilə bəzədilib və onun ayrılmaz hissəsi sayılır. Fresk üzərində Xronosun titrəyişli hücumu, ondan aşağıda isə mələklərin Adəm və Həvvanı cənnətdən qovmaları təsvir olunmuşdu[19].

Astronomik saat

Sitqloggenin astronomik saatı

Berndə yerləşən Sitqlogge İsveçrənin ən qədim saat qüllələrindən biridir. Faktiki olaraq saat vahid korpusda kombinə edilmiş 5 mexanizmdən ibarətdir (bir dənə hərəkətverici mexanizm, iki dənə saat zənginin vurulmasını təmin edən mexanizm və iki dənə rəqəmlərin düzgün hərəkəti üçün məsulluq daşıyan mexanizm). Yuxarıda yerləşən zaman oxları hər iki böyük 12 saatlıq siferblat və astrolyabinin üzərinə bərkidilib. Nabat mexanizmlərindən biri hər saat, digəri isə saatın dörddə birində melodik zəng çalır. Hərəkət edən saat fiqurları 12 saatlı siferblatın altında və astrolyabiyanın sağ tərəfində yerləşən xüsusi erkerin daxilində quraşdırılıb[20].

Astronomik saat (Astrolyabiya) ümumilikdə 1405-1406-cı illərdə baş vermiş Böyük Yanğın dövründən qorunub saxlanılmışdır. Səma və horizont stereoqrafik proyeksiyada astrolyabiyanın üzərində əks edilmişdir. O zaman göründüyü kimi, kainat geosentrik sistem olaraq göstərilirdi (yəni səma bürclərin yeri əhatə etməsi). Saatın fırlanan hissələri ulduzların ehtimalla yer, günəş və ayın ətrafında hərəkət etməsini nümayiş edir. Günəşin görüntüsü (rəmzi) onun faktiki horizont üzrə keçməsini, həmçinin günəşin doğması ilə batmasını göstərir. Saatda nəinki günəş və ayın göy sahəsindəki hərəkəti, həmçinin bürclərin simvolları və onların da hərəkəti göstərilir. Digər saat əqrəbindəki ay simvolu hər keçən gün günəş simvolundan və onun əqrəbindən təxminən 48 dəqiqə geridə qalır və beləliklə 29.5 gündən sonra (yəni təzə ay çıxan zaman) hər iki əqrəb (yəni simvol) qarşılaşırlar. Həmin vaxt ay simvolu öz oxu ətrafında elə fırlanır ki, tamaşaçı onun yalnız "qaranlıq" tərəfini görür. Astronomik saatın üst hissəsində həftənin günlərinə işarə edən kiçik pəncərə mövcuddur[10].

Hər saatın sonuna təxminən 4 dəqiqə qalmış astrolyabidə fiqurlar görünməyə başlayır. Xoruz quğuluğu edir və xüsusi taxçada əyləşən təlxəyin fiquru onun üstündə asılmış zəngləri çalmağa başlayır. Daha sonra erkerdə silahlanmış ayıların yürüşü başlayır (ayı Bern şəhərinin rəmzi sayılır; alman dilində Bär ayı mənasını verir) və bir qədər sonra onlar qəftən peyda olduqları kimi də yox olurlar. Xoruz ikinci dəfə quğuluğu edir və qanadlarını tərpədir[21]. Zaman tanrısı saqqallı Kron (Xronos), qum saatını çevirərək saatın melodiyasının başlanması barədə siqnal vermək üçün əsanı qaldırır və qızılı-dəbilqəli cəngavər Hans fon Tannın (alm. Hans von Thann) xüsusi bir çəkiclə hər taktda vurduğu zəng səsini sayır. Yandakı şir fiquru sanki çalınan zəng səsinə qulaq asaraq başını ona tərəf çevirir[20]. Zəng səsi sona çatdıqdan dərhal sonra, xoruz yeni saatın başlandığını bildirmək üçün 3-cü dəfə quğuluğu edir.

İnteryer

Sitqloggenin daxili tərtibatı onun ilk öncə şəhər həbsxanasının gözətçi qülləsindən daha sonralar saat qülləsi olaraq istifadə etmək üçün zamanla dəyişdirilmişdi[22]. XIII əsrdə qüllədə çalışan gözətçilərin sayı adi boş divarların tərtibatı kimi çox az idi[23]. Yalnız XIV əsrdə qüllənin daxili hissəsində dörd yarusunun tikintisi barədə qərar alınır.

Saat mexanizminin səviyyəsindən yuxarıda yerləşən otaqlar, XX əsrin sonuna qədər şəhər bələdiyyəsi tərəfindən müxtəlif məqsədlər üçün - məsələn arxiv, jurnal mağazası, anbar və hətta bomba əleyhinə sığınacaq kimi istifadə olunmuşdu[24]. Qüllənin interyeri tez-tez diqqətsiz, hətta vandalistik tərzdə rekonstruksiya edilmişdir; məsələn, mərtəbəarası antresolları saxlayan orijinal taxta tirlərin demək olar ki hamısı məhv edilmişdi[24]. 1979-cu ildən qüllənin interyeri yenə boş qalmışdı[25].

1979-cu ildə tərtib olunmuş qrafik rəsmdə qüllənin bütün tarix boyu mərhələli tikintisi uğurla nümayiş olunur[26].

Filateliya

1960-cı ildə, İsveçrə poçtu Sitqloggeni təsvir edən 60 rappen nominallı "Poçt Tarixi və memarlıq abidələri" adlı çoxlu sayda markanı satışa çıxarmışdı. 1967-ci ildə isə, eyni motiv artıq lifli bənövşəyi kağız üzərində buraxılmışdı.

İstinadlar

  1. Bellwald (1983), 2.
  2. Clare O'Dea. "Time marches on at the Zytglogge". Swissinfo. 8 October 2005. 7 October 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 April 2014.
  3. Bellwald (1983), 4.
  4. Hofer, 107.
  5. Bellwald (1983), 5.
  6. Hofer, 108.
  7. Bellwald (1983), 6.
  8. Bellwald (1983), 9.
  9. Bellwald (1983), 13.
  10. Philipp Schori. "Zytglogge tickt nicht richtig: Das Uhrwerk kennt kein Schaltjahr" (German). Der Bund. 2008-02-29.
  11. Marti (2005), 19.
  12. Messerli, 581.
  13. Messerli, 581; Marti (2005), 22.
  14. Hofer, 111.
  15. Bellwald (1983), 13-14.
  16. Bellwald (1983), 15.
  17. Hofer, 112.
  18. Bellwald (1983), 21.
  19. Hofer, 119; Bellwald (1983), 16.
  20. Bellwald (1983), 19.
  21. Bellwald (1983), 20.
  22. Messerli, 580.
  23. Bellwald (1979), 3.
  24. Bellwald (1979), 11.
  25. Bellwald (1979), 21.
  26. Bellwald (1979), 1–11.

Ədəbiyyat

  • Bellwald, Ueli. Der Zytglogge in Bern (German). Gesellschaft für Schweizerische Kunstgeschichte. 1983. ISBN 978-3-85782-341-1.
  • Hofer, Paul. Die Kunstdenkmäler des Kantons Bern, Band 1: Die Stadt Bern (German). Gesellschaft für Schweizerische Kunstgeschichte. 1952. ISBN 978-3-906131-13-9. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.
  • Marti, Markus. 600 Jahre Zytglogge Bern. Eine kleine Chronik der Zeitmessung (German). Bern: Stämpfli. 2005. ISBN 978-3-7272-1180-5.
  • Messerli, Jakob. Der Zytgloggenturm – öffentliche Räderuhren in Bern im 15. Jahrhundert // Beer, Ellen J.; Gramaccini, Norberto; Gutscher-Schmid, Charlotte; Schwinges, Rainer C. (redaktorlar ). Berns grosse Zeit. Berner Zeiten (2nd). Bern: Schulverlag bmv and Stämpfli Verlag. 1999. 579–588. ISBN 978-3-906721-28-6.
  • Bellwald, Ulrich; Suter+Partner Architekten. "400 – Sanierungsprojekt Zytglogge Bern: Analysen, Konzepte, Kosten" (German). Bern: Hochbauamt der Stadt Bern. 1979.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.