Sisleytaniya

Sisleytaniya (lat. Cisleithania sözündən, "Layta çayına qədər olan torpaqlar" mənasını verir) — 1867—1918-ci illərdə Avstriya-Macarıstan monarxiyasının tərkib hissələrindən biri və Avstriya İmperatorluğunun (Macarıstan krallığının yox) birbaşa nəzarət etdiyi ərazi.

Sisleytaniya (Avstriya tacının torpaqları) qırmızı rəng ilə göstərilib

Tarixi

Avstriya torpaqlarının rəsmi adı alm. Die im Reichsrat vertretenen Königreiche und Länder idi ki, mənaca Reyxsratda (İmperiya Şurasında) təmsil olunan krallığlar və torpaqlar demək idi.

1867-ci il razılaşmasından əvvəl və onun nəticəsində yaranan Avstriya-Macarıstanın Sisleytaniya və Transleytaniya (yəni Layta çayının "bu və o tərəfindən") adlı hissələrə bölünmüşdür və "Avstriya" termini 1804-cü ildə yaradılan Avstriya İmperiyasının bütün torpaqları üçün ümumi bir ad kimi istifadə olunurdu. Avstriya-Macarıstan dövründə "Avstriya" ölkənin Sisleytaniya hissəsinə deyilirdi, Transleytaniya isə daha geniş mənada Macarıstan krallığına.

Coğrafi cəhətdən, Avstriya tacının torpaqlarına təkcə müasir Avstriya deyil, həm də ÇexiyaSloveniya, müasir Xorvatiya, PolşaUkraynanın əhəmiyyətli vilayətləri, həmçinin İtaliyanın bəzi bölgələri (Qoritsia, TriestTirolun bir hissəsi) daxil idi.

Avstriya-Macarıstanın tərkibində Sisleytaniya (Avstriya) torpaqları Macarıstandan ayrı parlament (yuxarıda qeyd olunan Reyxsrat), hökumət (nazir-prezident tərəfindən idarə olunan) və bir sıra digər idarəetmə orqanları.

İnzibati-ərazi bölgüsü

"Reyxsratda təmsil olunan krallığlar və torpaqlar"a" daxil idi:

Sıralama İnzibati vahidin adı Sahəsi

(km²)

Əhalisi

(1902-ci il)

Əhali sıxlığı (nəf./km²)
1 Aşağı Avstriya ershersoqluğu 19 823 3 204 793 161,6
2 Yuxarı Avstriya ershersoqluğu 11 984 819 623 68,4
3 Zalsburq hersoqluğu 7153 198 485 27,7
4 Ştiriya hersoqluğu 22 426 1 377 559 61,4
5 Karintiya hersoqluğu 10 327 369 519 35,7
6 Krayna hersoqluğu 9956 511 424 51,3
7 Avstriya Sahili: a) İstriya markqraflığı 4955 352 987 71,2
8 b) Qoritsa və Qradişka knyaz qrafılığı 2918 236 641 81,1
9 c) Triest şəhəri, bölgə ilə 95 184 568 1942,8
10 Tirol qraflığı 26 682 867 438 32,5
11 Forarlberq bölgəsi 2602 132 989 51,1
12 Bohemiya krallığı (Çexiya) 51 948 6 429 755 123,8
13 Moraviya markqraflığı 22 222 2 479 269 111,6
14 Sileziya qraflığı 5147 701 828 136,3
15 Qalisiya və Lodomeriya krallığı (Krakov şəhəri ilə) 78 493 7 495 606 95,5
16 Bukovina hersoqluğu 10 442 746 245 71,4
17 Dalmasiya krallığı 12 835 603 425 47,0
Cəmi 300 008 26 712 154 89,6

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.