Siruz Abasbəyli

Siruz Hüseyn oğlu AbasbəyliAzərbaycan Respublikasının rabitə naziri (1992–1997), Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, akademik.[1]

Siruz Abasbəyli
bayraq
Azərbaycan Respublikasının rabitə naziri
bayraq2
17 iyul 1992 16 iyul 1997
ƏvvəlkiAbdul Qəhrəmanzadə
SonrakıNadir Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 1946(1946-01-30) (78 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti məmur

Təltifləri "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı 3-cü dərəcəli "Əmək" ordeni
XTNS qızıl medalı

Həyatı

Siruz Abasbəyli 1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olub.[2]

1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlamışdır. İlk dəfə onu "Azqosproyekt" institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra "Qiproazneft" institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlamışdır.

50-dən çox səmərəşdirici təklifləri və ixtiraları qeydiyatdan keçib.

1970-ci ildə V. İ. Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb.

Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-cı ilə qədər işləmişdir.

16 iyul 1997-ci ildə Azərbaycan Respublikasının rabitə naziri vəzifəsindən azad edilmişdir.[3]

Yaradıcılığı

"İlk məhəbbət", "Xoşbəxtəm", "Ulduzum", "İçərişəhər", "Tanıdım səni" mahnılarının və bir neçə lirik musiqinin müəllifidir. Xüsusilə Nisə Qasımovanın ifa etdiyi "Son zəng" mahnısı populyarlıq qazanıb.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.