Sirus Mirzəzadə

Sirus Yədulla oğlu Mirzəzadə (22 yanvar 1944 və ya 1944, Bakı) — Azərbaycanın xalq rəssamı (2018).

Sirus Mirzəzadə
Sirus Yədulla oğlu Mirzəzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
Janrlar rəssamlıq, qrafika
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı  — 2018 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı  — 2002

Həyatı

S.Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali rəssamlıq məktəbini bitirib. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir.[1]

Əməkdar rəssam S.Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətin zənginləşməsində xüsusi payı və xidmətləri olan rəssamlardandır. S.Mirzəzadə öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaradıb.

Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək bir çox mükafatlara layiq görülüb. 1987-ci ildə BakıdaMoskvada, 1995-ci ildə FransadaTürkiyədə fərdi sərgiləri keçirilib. 1996-cı ildə "Humay" mükafatına, 2002-ci ildə isə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülüb.[2]

Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Almaniya, Niderland, Norveç, Fransa, Kuba, Rumıniya, Bolqarıstan, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞİtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Mükafatları

27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür.[3]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.