Sirius (şəhər tipli qəsəbə)
Sirius — Rusiyanın Krasnodar diyarında şəhər tipli qəsəbə. Rusiyanın eyni adlı federal ərazisi (naukograd). İnzibati struktur baxımdan müstəqil şəhər dairəsi hesab olunur[1][2][3]. Şəhərin yeni nizamnaməsinin qəbulundan əvvəl inzibati-ərazi quruluşu çərçivəsində Sirius şəhəri müvəqqəti olaraq Soçi şəhərinə tabe idi.[4][5]
Sirius | |||
---|---|---|---|
rus. Сириус | |||
|
|||
43°24′ şm. e. 39°57′ ş. u. | |||
Ölkə | Rusiya | ||
Region | Krasnodar diyarı | ||
Federal rayon | Sirius federal rayonu | ||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 2020 | ||
Sahəsi | 14.19 km² | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi | 13 424 nəfər | ||
Digər | |||
ft-sirius.ru | |||
Coğrafiyası
Yeni qəsəbə İmeretin ovalığında, Qara dəniz sahilində, Mzımta və Psou çaylarının kəsişməsində, Rusiyanın dövlət sərhədinin keçdiyi yerdə yerləşir. Burada Olimpiya Parkı və 2014-cü ildə XXII Qış Olimpiya Oyunları üçün inşa edilmiş digər obyektlər, əyləncə parkı, çoxlu sayda otel, dəmir yolu stansiyası yerləşir. Həmçinin Mzımta çayının mənsəbində yerləşir: Soçi Imeretin limanı, istedadlı uşaqlar üçün "Sirius" təhsil mərkəzi[6]. Sirius şəhər dairəsinin sərhədləri Mzımta çayının şimal-qərbində, şimalda və şimal-şərqdə — A-147 "Cubqa — Soçi — Abxaziya ilə sərhəd" magistral yolu boyunca uzanır.[7]
İqlimi
Sirius ərazisi Tuapsedən cənubdakı Rusiyanın Qara dəniz sahilləri kimi, rütubətli subtropiklər zonasına daxildir (Köppen iqlim təsnifatına görə Cfa).[8] Bu bölgə quru aralıq dənizi iqliminin hökm sürdüyü Anapadan, Gelenjikdən əhəmiyyətli dərəcədə fərqləndirir.
Əhalisi
2021-ci ilin məlumatında əsasən şəhər tipli qəsəbənin əhalisi 13 424 nəfrdir. 2020-ci ildə əhalinin sayı 12 500 nəfər olmuşdur.[9]
Tarixi
Şəhər tipli Sirius qəsəbəsinin yaradılması haqqında ilk qeyd 30 may 2019-cu ilə təsadüf edir.[10] Bildirilib ki, belə bir təşəbbüslə İmereti ovalığının sakinləri çıxış ediblər və onların təşəbbüsü şəhər məclisinin deputatları tərəfindən dəstəklənib. 27 sentyabr 2019-cu ildə Krasnodar diyarının qubernatoru Soçi kurort şəhərinin tərkibində şəhər tipli Sirius qəsəbəsinin yaradılması ilə bağlı İmeretinskaya ovalığının sakinləri arasında sorğunun təyin edilməsi haqqında fərman imzalayıb[11].[12]2019-cu ilin noyabrında şəhər tipli Sirius qəsəbəsinin yaradılması üçün sənədlər Rosreestr-ə göndərildi.[13]
İstinadlar
- "Закон Краснодарского края от 03.04.2020 № 4268-КЗ «Об установлении границ муниципального образования городской округ Сириус Краснодарского края и о наделении его статусом городского округа»" (PDF). 03.04.2020. 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
- "Закон Краснодарского края от 03.04.2020 № 4267-КЗ «О преобразовании муниципального образования город-курорт Сочи»" (PDF). 03.04.2020. 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
- "Закон Краснодарского края от 03.04.2020 № 4268-КЗ «Об установлении границ муниципального образования городской округ город-курорт Сочи Краснодарского края и о наделении его статусом городского округа»" (PDF). 03.04.2020. 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
- Реестр наименований географических объектов на территорию Краснодарского края по состоянию на 23.06.2020 Arxivləşdirilib 2020-07-29 at the Wayback Machine // Государственный каталог географических названий (Росреестр)
- "О принятии Устава муниципального образования городской округ город-курорт Сочи" (PDF). 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
- "образовательный центр "Сириус"". 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
- Губернатор Кубани подписал закон о выделении из Сочи городского округа Сириус Arxivləşdirilib 2020-04-10 at the Wayback Machine Коммерсантъ 07.04.2020
- ""World Map of Köppen—Geiger Climate Classification"" (PDF). 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
- "Сочинский округ Колумбия: почему центр "Сириус" стал федеральной территорией". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
- "Имеретинской низменности в Сочи хотят присвоить статус поселка". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
- "Постановление губернатора от 27.09.2019" (PDF). 2021-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-28.
- "Создаваемому в Имеретинской низменности Сочи посёлку придумали новое название". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
- "Документы по созданию в Сочи пгт Сириус направлены в Росреестр". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.