Sirab nekropolu
Sirab nekropolu – Babək rayonunun eyniadlı kəndindən cənubda, orta əsrlərə aid arxeoloji abidə.[1]
Tarixi
- Sahəsi təxminən 5 hektardır.
- Əsasən qərbdən şərqə doğru istiqamətlənmiş düzbucaqlı torpaq qəbirlərdən ibarətdir.
- Baş daşılarının əksəriyyəti düşmüşdür.
- Saxlanan baş daşlarının bəzisi yastı daş plitələrdən ibarət olub, yuxarısı tacvarı sonluqla tamamlanır.
- Bəzi baş daşlarının üzərində ərəb dilli yazılara rast gəlinir.
- Qoç formalı baş daşlarının üst hissəsində ərəb dilli yazılar var.[1]
İstinadlar
- Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 270. ISBN 5-8066-1468-9.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.