Siqurd Raqnarsson
Siqurd Gözündə-ilan (IX əsr, Danimarka – 891, Danimarka) — Raqnar Lodbrokun oğullarından biri. Danimarkanın ilk kralı.
Siqurd Gözündə-ilan | |
---|---|
Sigurðr ormr í auga norv. Sigurd Orm-i-Auga | |
Danimarkanın I kralı | |
Əvvəlki | Raqnar Lodbrok |
Sonrakı | I Hardeknut |
Şəxsi məlumatlar | |
Doğum tarixi | IX əsr |
Doğum yeri | |
Vəfat tarixi | 891 |
Vəfat yeri | |
Atası | Raqnar Lodbrok |
Anası | Aslauq |
Uşağı | I Hardeknut |
Həyatı
Siqurd Raqnar Lodbrokun və Aslauqun oğlu idi. Göz bəbəyi öz quyruğunu yeyən ilana bənzədiyi üçün bu ləqəbi almışdır. Haqqında az məlumat vardır. Raqnarın ölümündən sonra Danimarka adaları onun payına düşmüşdü. Müqəddəs Roma imperiyası hökmdarı I Arnulf tərəfindən Leyven döyüşündə 891-ci ildə öldürülmüşdü[1].
Ailəsi
Nortumbriya kralı Aellanın edamından sonra onun qızı ilə evlənmişdi. Övladları:
- Aslauq Siqurdsdatter — Ringerikeli İti Helqi ilə evlənmişdi.
- I Hardeknut — Danimarkanın II kralı.
İstinadlar
- Waggoner, Ben (2009), The Sagas of Ragnar Lodbrok, The Troth, ISBN 978-0-578-02138-6
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.