Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
Birələr | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Ranqsız: Eumetabola Dəstəüstü: Panorpida Dəstə: Birələr |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir. Cütləşmə sahibin üzərində və ya onun yuvasında baş verir, yumurtalar yuvaya düşür və onlardan sürfələr çıxır. Onlar üzvi detritlə qidalanıb parazitlik etmirlər. Nəhayət sürfələr puplaşır, sonra iri fərdlər sahibə hücum edir.
Təsnifatı
Fəsiləüstüləri:
- Ceratophylloidea
- Hystrichopsylloidea
- Pulicoidea
- Vermipsylloidea
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.