Sinop döyüşü
Sinop döyüşü – 1853 noyabrın 18-də vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rusiya Qara Dəniz Donanması tərəfindən türk eskadrasının məğlub edilməsi. Döyüş Türkiyənin Qara dəniz sahilindəki Sinop şəhərinin limanında (Sevastopoldan təqribən 300 km) baş vermişdir. Türk eskadrosı bir neçə saat ərzində məğlub edilmişdir[1].
Sinop döyüşü | |||
---|---|---|---|
| |||
Tarix | 30 noyabr 1853 | ||
Yeri | Sinop, Türkiyə | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bu, tarixə yelkənli donanmaların son böyük döyüşü kimi düşmuşdür[2].
Rus donanmasının bu yürüşü ingilis mətbuatında son dərəcə mənfi reaksiyalara səbəb oldu və "Sinop qırğını" ("Massacre of Sinope") adlandırıldı. Bu döyüş Böyük Britaniya və Fransanın Osmanlı İmperiyası tərəfində (1854-cü ilin martında) müharibəyə girməsi üçün bir səbəb oldu.
Sinop burnundakı türk eskadrası üzərində vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rus hərbi-donanmasının qələbəsi günü — 1 dekabr "Rusiyanın Hərbi Şöhrət Günü" kimi qeyd olunur.
Döyüşün gedişi
Vitse-admiral P. S. Naximov (84 toplu döyüş gəmisi "İmperatrisa Mariya", "Çesma" və "Rostislav") dəniz naziri knyaz Menşikov tərəfindən Anadolu sahillərinə göndərilmişdi. Buna səbəb Sinopdakı türk hərbi-dəniz qüvvələrinin Suxum və Potiyə desant çıxarmaq niyyətində olması haqqında məlumatların daxil olması idi.
Noyabrın 11-də (yeni təqvimlə noyabrın 23-də) Sinopa yaxınlaşan Naximov, 6 sahil batareyasının qorunması altında buxtada türk gəmilərinin bir dəstəsini aşkar etdi. Əslinə qalsa isə güclü bir fırtına səbəbiylə Osmanlı Donanması Sinopda məcburiyyətdən lövbər salmışdı. O, düşmənə hücum etmək məqsədi ilə Sevastopoldan əlavə qüvvələri gözləyərək, limanı bağlamaq qərarına gəldi. Noyabrın 16-da (28) kontr-admiral F. M. Novosilskinin eskadronu (120 silahlı "Paris", "Böyük knyaz Konstantin" və "Üç Müqəddəslər" döyüş gəmiləri, "Kahul" və "Kuleviçi" freqatları) Naximovun dəstəsinə qoşuldu. Türkləri Beşik-Kertez körfəzində (Dardanel boğazı) yerləşən müttəfiq ingilis-fransız donanması gücləndirə bilərdi.
İki cərgə ilə hücum etmək qərara alındı: 1-ci cərgədə düşmənə ən yaxın olan — P. S. Naximovun dəstəsinin gəmiləri, 2-ci cərgədə — F. M. Novosilskinin əmrində olan qüvvələr. Freqatlar isə düşmənin qayıqlarını yelkənlər altında seyr etməli idilər. Yalnız gəmilərə və batareyalara zərbə vuraraq mümkün qədər ehtiyatlı davranaraq, şəhərə və dinc əhaliyə xətər yetirməmək qərara alındı. Lakin əksinə oldu, şəhərin tən yarısı yanaraq külə döndü. İlk dəfə 68 kiloluq mərmilərdən istifadə edilməli idi.
Noyabrın 18-i səhəri (30 Noyabr) güclü yağış yağırdı. Üstəlik dənizdən sahilə türk gəmiləri üçün ən əlverişsiz olan külək əsirdi. Külək asanlıqla türk gəmilərini sahilə çırpa bilərdi. Səhər saat 9.30-da gəmilərin yanlarında avarlı qayıqlarını bərkidən eskadra basqına yola düşdü. Buxtanın dərinliyində 4 ədəd batareyanın (biri — 8 toplu, 3-ü — 6 toplu) qoruması altında 7 türk freqatı və 3 korveti ay şəklində düzülmüşdü; döyüş xəttinin arxasında isə 2 döyüş gəmisi və 2 nəqliyyat gəmisi dayanmışdı.
Günorta saat 12.30-da 44 silahlı "Aunni Allah"dan açılan ilk atəşlə bütün Türk gəmilərindən və batareyalardan atəş açıldı.
"İmperatritça Mariya" döyüş gəmisi mərmi atəşinə tutuldu. Onun dirək və dayanma qurğusu tam sıradan çıxarıldı. Lakin gəmi dayanmadan irəli gedir və düşmən gəmilərini aramsız atəş altında saxlayırdı. "Aunni Allah" onun yarım saatlıq atəşinə tab gətirə bilməyərək sahilə üz tutdu. Bundan istifadə edərək, rus eskadrasının flaqmanı toplarını 44 toplu "Fazli Allah"a qarşı çevirdi. "Fazli Allah" güclü bombardmandan alov tutaraq yanmağa başladı. Bundan sonra "İmperatritça Mariya" gəmisi öz diqqətini 5 nömrəli batareyanın üzərinə yönəltdi.
"Böyük knyaz Konstantin" döyüş gəmisi lövbər ataraq, 4 saylı batareyanı, 60 toplu "Navek- Bəhri" və "Nəsimi-Zəfər" gəmilərini güclü atəşə tutdu. Birincisi atəş açıldıqdan 20 dəqiqə sonra partladı. Onun dağıntıları və dənizçilərin cəsədləri 4 nömrəli batareyanın üzərnə səpildi. Batareya demək olar ki, fəaliyyətini dayandırdı. İkinci gəminin isə lövbərinin zənciri qırıldı və külək onu sahilə çırpdı.
"Çesma" döyüş gəmisi isə 4 və 3 saylı batareyaları darmadağın etdi.
"Paris" döyüş gəmisi 5 saylı batareyanı və "Guli-Sefid" (22 toplu) korvetini və "Damiad" (56 toplu) freqatını fasiləsiz top atəşinə tutdu. Ardından korveti partladıb, friqatı sahilə atdı. Sonra "Nizamiyə" friqatını(64 toplu) vurmağa başladı. "Nizamiyə"nin üst hissəsi dağıdıldı və gəmi sahilə tərəf sürükləndi, orada qısa müddətdə alovlanaraq külə döndü. Sonra "Paris" yenidən 5 saylı batareyanı bombalamağa başladı.
"Üç müqəddəs" döyüş gəmisi "Kaidi-Zəfər" (54 toplu) və "Nizamiyə" freqatları ilə döyüşə girdi. İlk türklər tərəfdən top atışları onun yayını pozdu və küləkdə dönən gəmi 6 saylı batareyanın yaxşı yönləndirilmiş uzunlamasına atəşinə məruz qaldı və onun dirəyi ciddi şəkildə zədələndi. Yenidən sərt bucaq altında "Kaidi-Zəfər" və digər gəmilərə doğru çox uğurla hərəkət etməyə başladı və onları sahilə qaçmağa məcbur etdi.
"Üç müqəddəsləri" atəşlə qoruyan "Rostislav" döyüş gəmisi 6 saylı batareyanı və "Feysə-Mabud" (24 toplu) korvetini aramsız atəşə tutdu və korveti sahilə atdı.
Saat 13.30-da buxtanın burnunda baş vitse-admiral V. A. Kornilovun komandanlığı altında "Krım" və "Xersones" paraxodfreqatlarının müşayiəti ilə "Odessa" paraxodfreqatı göründü. Bu gəmilər dərhal döyüşə atıldılar. Lakin türklərin gücü tam tükəndiyindən döyüş sona yaxınlaşırdı.
5 və 6 saylı batareyalar rus gəmilərinə saat 4-ə qədər atəş açmaqda davam etdilər, lakin "Paris" və "Rostislav" tezliklə onları susmağa məcbur etdi.
Düşmən əlinə keçməsin deyə qalan türk gəmiləri də bir-bir öz komanda qzvləri tərəfindən yandırılmağa başladı. Bu zaman şəhəri də alov bürümüşdü ki, onuda söndürə biləcək heç kim yox idi. Təxminən saat 2 radələrində, Yahya bəyin kapitanı olduğu 2–10 dm mərmili, 4–42 dm., 16–24 dm. mərmili 22 toplu "Taif" (Tayf) paraxodfreqatı Türk gəmilərinin döyüş xəttindən çıxaraq qaçmağa üz tutdu. "Taif"in sürətindən istifadə edərək, Yəhya bəy onu təqib edən rus gəmilərindən ("Kaqul" və "Kulevçi" ffreqatları, sonra isə Kornilovun dəstəsinin paraxodfriqatlarından) uzaqlaşa bildi. O, Türkiyə eskadrasının tamamilə məhv edildiyi barədə İstanbula məlumat verdi. Gəmini xilas etdiyi üçün mükafat gözləyən kapitan Yəhya bəy "vəzifədən sui-istifadə" də günahlandırıldı. O, xidmətindən xaric olunaraq, rütbəsindən məhrum edildi. Sultan Əbdül-Məcid "Taif"in döyüş meydanındaqn qaçmasından çox narazı qalmışdı: "Kaş ki, o qaçmayaydı, digərləri kimi döyüşdə məhv olardı." Müxbirinin İstanbula qayıtdıqdan dərhal sonra "Taif"'i ziyarət etdiyi Fransa nəşri "Le Le Moniteur"un yazdığına görə, gəmi heyətindən 11 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdır.
Döyüşün nəticələri
Əsir düşənlər arasında Osmanlı eskadrasının komandanı, vitse-admiral Osman Paşa və 2 gəmi kapitanı da var idi. Döyüş bitdikdən sonra rus donanmasının gəmiləri zədə almış hissələrini bərpa etməyə başladılar. Noyabrın 20-də (dekabrın 2-si) güclü külək səbəbindən Sevastopola doğru yelkənlə yürüş etdilər. Noyabrın 22-də (dekabrın dördü), günorta saatlarında eskadra böyük atəşfəşanlıqla Sevastopola daxil oldu.
Döyüşün nəticələrinə görə:
- 5-ci Donanma Diviziyasının rəisi P. S. Naximov 2-ci dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi.
- "Paris" döyüş gəmisinin kapitanı V. İ. İstomin kontr-admiral rütbəsi aldı.
Döyüş düzülüşü
Döyüş gəmiləri
- "Böyük knyaz Konstantin" 120 top
- "Üç müqəddəs" 120 top
- "Paris" 120 top (2-ci flaqman)
- "İmperatritça Mariya" 84 top (flaqman)
- "Çesma" 84 top
- "Rostislav" 84 top
Freqatlar
- Kulevçi 54 top
- Kaqul 44 top
Buxarlı freqat
- Odessa 12 top
- Krım 12 top
- Xersones 12 top
Freqatlar
- "Aunni Allah" 44 top — sahilə çırpıldı
- "Fazli Allah" 44 top (keçmiş Rus Rafael, 1829-cu ildə ələ keçirilmişdi) — yanaraq, sahilə çırpıldı
- "Nizamiyə" 62 top — iki köyərtəsini itirdikdən sonra sahilə çırpıldı
- "Nəsimiyyə Zəfər" 60 silah lövbər zənciri qırıldıqdan sonra sahilə çırpıldı
- "Navek- Bəhri" 58 top — partladı
- "Damiad" 56 top (Misir) — sahilə çırpıldı
- "Kaidi Zəfər" 54 top — sahilə çırpıldı
Korvetlər
- Nezim Fişan 24 top
- Feyze Meabud 24 top — sahilə çırpıldı
- Quli Safid 22 top — partladı
Buxarlı freqat
- Taif 22 top — İstanbula qaçdı
Paraxod
- Ərikli 2 top
Xatirə
1952-ci il dekabrın 5-də Sinop döyüşünün 100-cü ildönümü münasibətilə Sankt-Peterburqun Kalaşnikov sahili Sinop sahili adlandırıldı[3].
1995-ci ilin mart ayında Rusiya Federasiyasının Federal Qanunu ilə vitse-admiral P. Naximovun rəhbərliyi ilə rus eskadrasının Sinopda türk donanması üzərində qələbəsi günü "Rusiyanın Hərbi Şöhrət Günləri (Zəfər Günləri)" kimi qeyd olunmağa başladı.
"Rusiyanın Hərbi Şöhrət Günləri (Zəfər Günləri)" tarixi qanunla dekabrın 1-ə təyin olunmuşdur. Əslində isə bu səhvdir. Çünki, döyüş 1853-cü il noyabrın 18-də (30) olmuşdur[4].
Ədəbiyyat
Обнорский Н. П. Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
//- Mikaberidze, Alexander. Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia. Volume 1. ABC-CLIO. 2011.
- Small, Hugh. The Crimean War: Queen Victoria's War with the Russian Tsars. Tempus. 2014.
- Сатин А. Д. Синоп. Из записок черноморского офицера. (8). Русский вестник. 1872. 770—782.
- Головачёв В. Ф. Воспоминания по поводу 50-летнего юбилея Синопского сражения. (12). Морской сборник. 1903. 53—61.
İstinadlar
- Bu döyüşün Krım müharibəsində ilk vuruşma olduğu iddiası düz deyil: 5 (17) noyabr, çünki, Sinop döyüşünə qədər, türk və rus paraxodfreqatları arasında döyüş olmuşdur "Владимир (paraxodfreqat)" (o an vitse-admiral В. А. Корнилов orada idi.) və türk hərbi paraxodu "Pervaz-Baxri" (Dəniz hökmdarı). Üç saatlıq döyüş türk paraxodunun təslim olması ilə nəticələndi(Золотарев В. А. Rus donnanmasının 3 yüzilliyi. XIX — əvvəli XX века. М., АСТ; СПб, Полигон; 2004 г. Стр. 309–310)
- "Синопское морское сражение". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
- Топонимическая энциклопедия Санкт-Петербурга. — СПб: Информационно-издательское агентство ЛИК, 2002. — С. 808. — 808 с. — ISBN 5-86038-094-1.
- Федеральный закон Российской Федерации от 13 марта 1995 г. № 32-ФЗ "О днях воинской славы и памятных датах России"